Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "RUN Group"la bağlı müəmma...

"RUN Group"la bağlı müəmma...


3-12-2019, 12:39
"RUN Group"la bağlı müəmma...
7GUN.az 2 ay öncə tikinti biznesi sahəsində çalışan iş adamlarından alınan məlumatlar əsasında "RUN Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin "dəmir ledisi" başlıqlı məqalə dərc etmişdi.

Həmin məqalədə MMC-nin rəhbəri İranə Talışxanovanın bir çox iş adamlarını maddi ziyanlara məruz qoyması, onlardan tikinti işləri aparmaqdan ötrü tender müsabiqələrinə görə külli miqdarda pul alıb qaytarmaması, bəzi iş adamlarıyla formal olaraq müqavilələr bağlayıb nağd ödənişlərə görə möhrlü- imzalı qəbzlər verməsi barədə yazmışdıq.

Hətta İranə Talışxanovnın Bakı şəhər Baş Tikinti İdarəsinin keçmiş baş mühasibi Bahəddin Cumayevin vasitəçiliyi ilə bəzi tikinti şirkətlərinin rəhbərləri və İcra Hakimiyyəti Başçılarıyla təmir- tikinti layihələrindən ötrü müqavilələr bağlamasını da göstərmişdik.

Məqalədə həmçinin qarşı tərəfin də mövqeyini dərc edəcəyimizi bildirmiş və aidiyyatı dövlət qurumlarının məqalədə göstərdiyimiz faktlara münasibət bildirmələrinin zəruriliyini qeyd etmişdik.

Lakin "RUN Group" MMC -nin xanım rəhbəri məqalədə göstərilən xüsusatlara hal- hazıra kimi münasibət bildirməmişdir.

Apardığımız araşdırma nəticəsində öyrənmişik ki, tikinti biznesi sahəsində çalışan Hüseynov Cabir, Məmiyev Vaqif, Hüseynov Qəzənfər, Cahangirov Mahmud və Quliyev Məmmədrza adlı iş adamları Bahəddin Cumayevin vasitəsi ilə "RUN Group" MMC-yə nağd pul ödəyərək müqavilə bağlayıb İranə Talışxanovanın toruna düşmüşlər. Məlumata görə onlar 2 ilə yaxındır ki, "RUN Group" MMC-yə rəsmi qəbzlə ödədikləri külli miqdarda pullarını geri ala bilmirlər, qarşı tərəf isə müqavilə şərtlərinə əməl etmir.

Hüquq mühafizə orqanlarına şikayət etmək istəyənləri İranə Talışxanova müxtəlif üsul və vasitələrlə
sakitləşdirir.

Araşdırmanı davam etdirəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Geri qayıt