Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Siraqəddin Cabbarov Saatlıya görə cavab verəcək...
Siraqəddin Cabbarov Saatlıya görə cavab verəcək...23-12-2019, 16:36 |
DİA.AZ: - "Hazırda Sabirabada rəhbərlik edən Saatlı rayonunun keçmiş icra başçısı Siraqəddin Cabbarovun da durumu ürəkaçan deyil və yaxın vaxtlarda onunla bağlı qərar veriləcək". Bu barədə DİA.AZ-a informasiya məlumatlı mənbələrdən daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, Siraqəddin Cabbarova qarşı məhz Saatlıda rəhbər olduğu dönəmlə əlaqədar ittiham irəli sürülə bilər. Mənbənin dia-az.life-a söylədikləri: "Söhbət təxminən 245 min manatdan gedir. Hələlik rəsmi olaraq barəsində hüquqi araşdırma aparılanı bu rəqəmdir. Əslində real oğurlanmış vəsait bundan qat-qat artıqdır". Qeyd edək ki, keçən həftə Ağstafanın icra başçısı və Yevlaxın köhnə rəhbəri korrupsiya və rüşvət ittihamı ilə həbs olundular. Anoloji ittihamla daha bir neçə RİH rəhbərinin hədəfə alınacağı neçə gündür yerli KİV-lərdə dövr edir. Aydın olanı budur ki, üst dairələr cəza tədbirlərini sərtləşdirməklə yanaşı, eyni zamanda miqyası da genişləndirməyi düşünür. Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |