Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Daha Bir Deputatın Borcu Üzə Çıxıdı
Daha Bir Deputatın Borcu Üzə Çıxıdı27-12-2019, 13:43 |
Millət vəkili Kəlbəcər rayonundan olan məcburi köçkün Nəbiyev Elxan Məhəmməd oğlundan aldığı 13 min dollar pulu geri qaytarmır. Son günlər Azərbaycan mediasının və Azərbaycan cəmiyyətin gündəmini bir xəbər demək olar ki,tam şəkildə zəbt etdi.Təbii ki,söhbət sabiq Millət vəkili Rafael Cəbrayılovun külli miqdarda borc qalmaqalından gedir.Ardınca isə mətbuat səhifələrində daha bir oxşar hadisə trajlandı ki,bəs deputat Çingiz Qənizadənin də kiməsə borcu var. Azbelediyye.az saytının redaksiyasına Millət vəkillərindən biri ilə bağlı olduqca ilginc məlumat daxil olub.Hətta,10-a yaxın səs yazısı.Hansı ki həmin deputatın borclu olduğunu və 5 ilə yaxın bir müddətdə həmin borcu qaytarmamasını təsdiq edir.Söhbət isə “lal”deputatların birindən deyil,ən aktiv və kifayət qədər tanınmış deputat Aydın Mirəzadədən gedir. Redaksiyaya daxil olan məlumatda bildirilir ki,Millət vəkilinə məxsus “Firəngiz” şadliq sarayında(deputatın anasının adını daşıyır) vaxtı ilə fotoqraf işləmiş Elxan Nəbiyevlə deputat Aydın Mirzəzadə arasında borc qalmaqalı hələ də həllini tapmayıb.Hələ 8 sentyabr 2016-cı ildə “Azərbaycan Bələdiyyəsi” qəzetində bu olayla bağlı “Mən yalan danışıram,yoxsa Aydın Mirzəzadəmi?” başlıqlı geniş məqalə də dərc olunmuşdu. Məcburi köçkün Elxan Nəbiyevin saytımıza verdiyi məlumata görə,ötən dövr ərzində “yumuşaq tikan”Aydın Mirzəzadə pulu qaytamamaq üçün müxtəlif üsullara əl atıb və təzyiqlər edib.Elxan Nəbiyev bildirir ki,məhz deputatın ona qarşı atdığı addımlardan sonra ciddi psixoloji sarsıntı keçirib.Bunların nəticəsi isə faciəvi sonunluqla bitib.Hədə-qorxu və təzyiqlərdən yaxa qurtarmaq üçün evini,avtomobilini satıb və ölkədən çıxmaq məcburiyyətində qalıb.Müəyyən oraqnalar ona kömək etmək əvəzinə onu tutmaqla hədələyib.Haqqının tapdandığına dözə bilməyən, onsuz da köçkünlük zamanı ağır həyat tərzi gördüyündən dövlətə qarşı sərt tənqidi fikirlər səsləndirib.Nəticədə ailəsi də dağılıb.Dəfələrlə ölümlə üzbəüz qalıb.Uzun müddət müalicə olunduqdan sonra ayaqda durmağı bacarıb və haradasa daxilində dövlətinə inam qalıb ki,onun tapdanmış hüquqları bərpa olunacaq. Elxan Nəbiyevin problem haqqında danışarkən deyib:”Mən və şərikim Babək Xəlilov deputata məxsus,amma qardaşı Üzeyir tərəfindən idarə olunan “Firəngiz”şadlıq sarayında fotoqarflıq etmək üçün müraciət etmişik.Bu zaman bizdən 10 min dollar depozit istənilib.Və deyilib ki,nə qədər ki,burada işləyəckəsiniz həmin pul burada qalacaq.Nə vaxt çıxsanız, pulunuz özünüzə qaytarılacaq.Biz də “Accsesbank”ın Mingəçevir filialından 10 min dollar(məzənnə 0.78 olanda”kredit götürüb depozit kimi şadlıq sarayına vermişik.Sonra fəaliyyətimizə icazə verilib və biz işlədyimiz müddətdə gündəlik fazilərimizi də vaxtlı-vaxtında vermişik.Bizim dəqiq işləməyimiz və xoş münasibətimiz getdikcə xoş münasibətlərə çevrilib.Hətta,dostluq səviyyəsinə çatıb ki,bunun nəticəsi olaraq mən öz şəxsi avtomobilimlə Mirzəzadələr ailəsinin demək olar ki,bütün işinə yaramışam.Dəfələrlə onlara bahalı hədiyyələr almışam.(halal xoşları olsun)Aydın müəllimin evinə sərməsi üçün iki ədəd aşılanmış ayı dərisi tapıb almışam və ona hədiyyə etmişəm.Mən hər zaman çalışmışam ki,bu dostluq münasibətləri etibarlı və sağlam olsun.Bir sözlə,bizim bu ailə ilə yaxşı münasibətlərimiz olub.O vaxta kimi ki,ölkədə məlum iqtisadi böhran başladı,dolların məzənnəsi kəskin artdı və şadlıq saraylarının da işi zəifələməyə başladı.Biz gördük ki,artıq toyların sayı azalmaqla yanaşı,fotoçəkilişlərə də maraq azalıb və biz elə qazandığmızı şadlıq sarayına faizə veririik.Qərara gəldik ki,artıq fəaliyyətimizi dayandıraq.Çünki kerditi də ödəyə bilmirdik.Düşündük ki,depozitə qoyduğumuz pulu götürüb krediti bağlayaq.Ancaq elə bütün oyunlar da bundan sonra başladı.Pulumuzu istəyən zaman gözlənilməz cavab aldıq.Nə pul,nə depozit?Bəli,pul sevgisi,pul hərsiliyi bir andaca kəsiləyən çörəyi,qurulan dostluğu keçirdi arxa plana.Deputatın özü də,qardaşı da az qala bizə düşəmən kimi baxdılar.Və qısası o gündən,bu günə kimi bizi gah hədələdilər,gah mənə dəli,xəstə dedilər,gah müxalifətçi dedilər,gah aldatdılar ki,pulunuzu verəcəyik.Beləcə,yağlı-yağlı danışan millət vəkilimiz Aydın Mirzəzadə mənim bütün həyatımı məhv etdi.Mənim başıma gələnlər bir yazıya sığası məsələ deyil.Mən bununla bağlı cənab prezidentə video-müraciət ünvanlayacam.Bəli,bütün ömürünü bu hakimiyyətdə çalışaraq Heydər Əliyevə və İlham Əliyevə xidmət etmiş YAP-çı kişinin oğlunu bu dövlətə qarşı çevrdi YAP-çı Aydın Mirzəzadə…” Deputatın borclu olduğu məcburi köçkün Elxan Nəbiyev onu da bildirib ki,dəfələrlə deputatın qardaşı Üzeyirlə və bacısı oğlu Rəşadla telefon söhbətləri olub.Onlar bir daha borc məsələsini təsdiq ediblər.Əlimdə xeyli sayda səs yazıları da var.Bu səs yazılarını ona görə yayıram ki,qoy müvafiq qurumlar və ölkə rəhbərliyi də bilsin ki,xalqı təmsil edən millət vəkili nə işlərlə məşğuldur. Həmin səs yazılarının bir hissəsini təqdim edirik: “Atam vəfat etdi,avtomobilim,evim satıldı,qorxumdan ölkədən çıxıdım,ciddi psixoloji travma aldım,ailəm dağıldı,dəfələrlə fiziki təzyiqlərə məruz qaldım,intihara cəhd etdim,məni dövlətimə qarşı çevirmək istədilər.Bir aili məktəb müəllimi,bir millət vəkili,bir siyasətçi,bir gənc olaraq mənim bütün həyatımı məhv etdi…Mənim haqqımın bərpa olunmasına kömək edin.Mənə borclu olduğu 13 min dolları və onun ucbatından banka ödədiyim pulları geri qaytarsın.Mənə vurulmuş mənəvi ziyanın isə pulla ödəmək çətindir.”-deyə Elxan Nəbiyev ölkə başçısına müraciət edir. İddiaçı inanır ki,onun borcu ödəniləcək və Aydın Mirzəzadəni də keçmiş həmkarı Rafael Cəbrayılovun aqibəti gözləyəcək. Qeyd edək ki,mövcud problemə münasibət öyrənmək məqsədi ilə Aydın Mirzəzadənin mobil telefonuna zəng etsək də,zəngimiz cavabsız qaldı. Redaksiya olaraq adı borc qalmaqalında adı hallanan Aydın Mirzəzadənin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |