Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Heydər Babayev əsl şahənşah imiş...

Heydər Babayev əsl şahənşah imiş...


8-01-2020, 08:27
Heydər Babayev əsl şahənşah imiş...
"Bu gördüyünüz 50 milyonluq qəsr, Dübəndi qəsəbəsində yerləşir. Sakinlər buranı "Heydərin Sarayı" adlandırır. Bəli, Azərbaycan Respublikasının sabiq İqtisadi inkişaf naziri Heydər Babayevin 4 hektarlıq ərazidə salınan villasıdır. Nə az, nə çox cəmicə 3 il nazir olan adamın sadəcə bir malikanəsindən söhbət gedir".

Bunu bloger Həbib Müntəzir sosial şəbəkədə yazıb.

O bildirib ki, hazırda o, "AB Standard Şirkətlər Qrupu"nu idarə edir: "Şirkət 2004-cü ildə yaranıb, atasının baş hərfləri, Aydın Babayevin adını daşıyır. O dövrdə Prezidentin yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində işləyirdi. Bir il sonra da nazir oldu. Onun bu şirkəti Azərbaycanda milli özəl kapitalı təmsil edən ən böyük maliyyə-sənaye qruplarından biridir.

"AB Standard” Şirkətlər Qrupuna 11 şirkət daxildir:
"Standard İnsurance" ASC sığorta,
"Standard Lizinq" MMC lizinqliklə məşğul olan,
"AJC" MMC logistika,
"Standard Kapital” MMC brokerlik,
"AB Travel” MMC turizm və səyahət agentliyi,
"Dərnəgül Boru Zavodu” QSC,
"AB Qala-Lənkəran” mehmanxanası,
"AB Legal Consulting Group” hüquq-məsləhət firması,
"AB Tim” tikinti və hazır beton emal şirkəti,
"AB Skybell” rabitə-kommunikasiya şirkəti
"AB Service” peyk rabitəsi üzrə ixtisaslaşmış şirkəti
Heydər Babayevin İngiltərə, Gürcüstan, Qazaxstan, Türkiyə, ABŞ, Rusiya və Ukraynada şirkətləri, biznesləri mövcuddur. Bütün bu məlumatları rəsmi saytlarına istinadən yazıram. Mənbə: http://www.abstandard.az".

Geri qayıt