Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Çox xəstə də bu mövzuda şikayət də edə bilmir ki..."
"Çox xəstə də bu mövzuda şikayət də edə bilmir ki..."11-01-2020, 13:01 |
Bakı sakini Elnarə Məmmədova şəkər xəstəsi olan anasının aylıq pulsuz dərman aldığı zaman çətinliklər yaşadığını deyir. Bu barədə “Qafqazinfo”ya müraciət edən E.Məmmədova bildirib ki, anası hər ay Nizami rayonu 26 saylı poliklinikaya dərman almaq üçün gedir: “Onun 70 yaşı var. Səhər 7-dən poliklinikaya gedir ki, bəlkə növbə az olar. Ancaq yenə də 100-lərlə adam neçə saat növbədə gözlədilir. Müalicə üçün verilən o dərmanlar xəstələrə yaşadılan bu çətinliyə görə xeyir də etmir. Həmin iynə apteklərdə də satılır. Ancaq pensiyaçının büdcəsinə uyğun deyil. Qiyməti 22 manatdır. 3 flakon almalı olsaq, bu ayda 66 manat edir. Bundan əlavə, xəstəxanada 2-3 flakon əvəzində cəmi bir ədəd verirlər. Çox xəstə də bu mövzuda şikayət də edə bilmir ki, birdən heç o bir flakonu da verməzlər. Biz uzun müddətdir davam edən bu problemin artıq həll edilməsini istəyirik”. “Qafqazinfo” məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edib. Oradan məsələnin araşdırılacağı bildirilsə də, mövzu haqda açıqlama verilməyib. Geri qayıt |