Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Seçicilər Aydın Mirzəzadəyə "nağıl danışırsız" dedilər

Seçicilər Aydın Mirzəzadəyə "nağıl danışırsız" dedilər


27-01-2020, 15:36
Seçicilər Aydın Mirzəzadəyə "nağıl danışırsız" dedilər
Seçicilərin deputat-namizədlərə etirazları davam edir. Bu dəfə seçicilərin narazılıqları ilə YAP-çı deputat Aydın Mirzəzadə üzləşib.

AFN xəbər verir ki, 2000-ci ildən bəri 47 saylı Mingəçevir seçki dairəsini parlamentdə təmsil edən və yenidən seçkilərə qatılan A.Mirzəzadə Mingəçevirdə keçirdiyi görüşdə etirazla qarşılaşıb. Belə ki, seçicilər ona bu illər ərzində heç bir iş görmədiyini, indi də görüşlərinə büdcə təşkilatlarında çalışanları yığdığını deyiblər. Videodakı digər məqamlardan da görünən odur ki, sıravi vətəndaşlar görüşə buraxılmır.


Geri qayıt