Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "AAAF Park"la bağlı ölkə rəhbərliyinə müraciət olundu

"AAAF Park"la bağlı ölkə rəhbərliyinə müraciət olundu


20-02-2020, 11:17
"AAAF Park"la bağlı ölkə rəhbərliyinə müraciət olundu
Xırdalanda yaşayan bir qrup sakin AAAF Park rəhbərliyindən şikayətçidir.

2015-ci ildə AAAF Park yaşayış kompleksindəki 28-ci küçədən mənzil aldıqlarını və indiyə qədər təhvili gözlədiklərini bildirən sakinlər bu il təhvilin 6-cı dəfə təxirə salındığını deyirlər.

Sakinlər məsələ ilə bağlı "Yeni Sabah"a bildiriblər ki, onlar bu səbəblə AAAF Park rəhbərliyindən kütləvi şəkildə dövlət qürumlarına şikayət etməyə başlayıblar.

Çətin vəziyyətdə olan bir qrup sakin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Dövlət Şəhərsalma ve Arxitektura Komitəsinin sədri Samir Nuriyevə, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya şikayət məktubu ünvanlayıblar:

Saytımıza daxil olan müraciətdə deyilir:

"Biz sakinlər 2015-ci ildən etibarən Xırdalandakı "AAAF İnşaat" MMC-yə məxsus AAAF Parkdakı, 28 nömrəli küçədəki binalardan mənzil almışıq. Alarkən bizə vəd edilən vaxt ən gec 2018-ci ilin axırı olmasına baxmayaraq, hələ də kompleksdə tikinti gedir və kompleksdəki 8 binanin heç biri təhvilə hazır deyil, yaxın müddətdə də təhvilə hazır olacağına inanmırıq. Halbuki rəhbərlik bəzi sakinlərə mənzillərin 2018-ci ilin axırı veriləcəyinin yazılı surətdə təminatını verib, kompleksin qarşısına isə 2019-cu ildə binaların təhvil ediləcəyinə dair lövhə asılıb.

Biz rəhbərlikdən binaları tez bir şəkildə təhvil vermək üçün addım gözləyərkən rəhbərlik bunun tam əksini edir. Mənzil alqı-satqısı zamanı binaların tək-tək təhvili haqqında danışıqlar gedərkən bunu çatdırmayacağını başa düşən rəhbərlik kompleksi tək-tək deyil, 4 binanı birdən təhvil verəcəyini söyləyərək zaman qazanmağa çalışır. Son günlər isə bunu da çatdıra bilməyəcəyini anlayan rəhbərlik bütün kompleksi birdən təhvil verəcəyi söhbətini ortaya atib. Bu təhvilin 2 il daha gecikməsi deməkdir. Halbuki istəsələr, kompleksdəki bəzi binaları 1-2 aya təhvil verərlər".

Sakinlərin sözlərinə görə, onlar kütləvi etiraz etməyə qalxdıqda ictimai asayişi pozduqlar əsas gətirilərək polislə qorxudulurlar. Sakinlər müvafiq orqanlardan şikayətlərinə baxılmasını xahiş edirlər.

"AAAF Park"la bağlı ölkə rəhbərliyinə müraciət olundu
"AAAF Park"la bağlı ölkə rəhbərliyinə müraciət olundu
"AAAF Park"la bağlı ölkə rəhbərliyinə müraciət olundu
"AAAF Park"la bağlı ölkə rəhbərliyinə müraciət olundu




Geri qayıt