Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Beyləqan Məşğulluq Mərkəzinin direktorunun “işi tamam oyundur”

Beyləqan Məşğulluq Mərkəzinin direktorunun “işi tamam oyundur”


25-02-2020, 12:15
Beyləqan Məşğulluq Mərkəzinin direktorunun “işi tamam oyundur”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən yerlərdə keçirilən əmək yarmarkalarında həmin bölgələrdəki idarə, müəssisə və təşkilatlarda olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunur, onlara peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər verilir. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı kurslarına cəlb olunurlar. Yarmarkalar zamanı işsiz və işaxtaranların istəkləri əsasında onların ödənişli ictimai işlərə, müvafiq potensialları olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı da aparılır.

Qeyd edək ki, 2020-ci il üzrə əmək yarmarkalarının keçirilməsinə ötən aydan başlanıb. Bu il ərzində respublikamızın 58 şəhər və rayonunda 100 əmək yarmarkasının təşkili nəzərdə tutulur. Fevral ayında isə 12 şəhər və rayonda (Balakən, Göyçay, Lənkəran, Qəbələ, Şəki, Beyləqan, Gəncə-Nizami, Goranboy, Neftçala, Şamaxı, Tovuz, Sumqayıt) əmək yarmarkasının keçirilməsi planlaşdırılıb. Ayın ötən günləri ərzində artıq bir neçə rayonda tədbirlər baş tutub.

24 fevral 2020-ci il tarixdə Beyləqan rayon “Gənclər Mərkəzi”ndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin və Beyləqan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmək yarmarkası keçirildi. Əvvəlcədən elan edildiyi kimi, əmək yarmarkasına idarə və müəssisələr tərəfindən 300-ə yaxın vakant (boş) iş yeri çıxarılıb. Hələ bir neçə gün qabaqcadan işaxtranlara vakant (boş) iş yerlər ilə tanış olmaq və özlərinə münasib iş seçmək təklif olunurdu. Rayon Məşğulluq Mərkəzinin direktoru İlham Quliyev və başqa rəsmi şəxslər yarmarkanın açılışında çıxış edərək, əhalinin məşğulluğunun təmin olunması, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən ağız dolusu danışıblar.

Lakin “RealMedia-az.life” saytının əməkdaşı yarmarkada müşahidə apararaq işin forma və mahiyəti arasında xeyli uğunsuzluqlar aşkarlayıb. Belə ki, əməkdaşımız vakant (boş) iş yerləri yarmarkadakı lövhələrdə göstərilən idarə, müəssisə, təşkilatların rəhbərlərinə, kadr işlərinə cavabdeh vəzifəli şəxslərinə zəng vuraraq məlumatların həqiqiliyi ilə maraqlanıb. Əksəriyyəti bildiriblər ki, rayo Məşğulluq Mərkəzi yarmarkadan hələ bir həftə, on gün öncə həmin iş yerlərinə işçi tapıb və göndəriş verib.

Maraqlıdır, görəsən artıq tutulmuş iş yerlərini yarmarkada boş göstərmək kimə və nə lazımdır? Və yaxud da dünən keçirilən əmək yarnarkasında neçə nəfər işaxtaran şəxslər işlə təmin olunublar? Bu sualın cavabını Beyləqan Rayon Məşğulluq Mərkəzinin direktoru İlham Quliyev verməlidir. Onun öz vəzifəsini necə icra etməsi barədə isə saytımızda gedən yazılarla sadiq oxucularımız tanışdırlar. Oxucularla irəliləyən görüşlərimizdə İlham Quliyevin yerli ərazi inzibati vahidləri üzrə nümayəndəlikləri ilə korruptiv iş birliyindən söhbət açacağıq.

RealMedia-az.life

Beyləqan Məşğulluq Mərkəzinin direktorunun “işi tamam oyundur”


Geri qayıt