Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ağdaşın icra başçısının yuxusu ərşə çəkilib

Ağdaşın icra başçısının yuxusu ərşə çəkilib


26-02-2020, 15:23
Ağdaşın icra başçısının yuxusu ərşə çəkilib
Bu yaxınlarda bir qrup Ağdaş sakinləri RİH başçısı Tofiq İbrahimovun qanunsuz əməllərindən ölkə rəhbəri İlham Əliyevə müraciət ünvanlamışdılar.Aktualxeber.az-a daxil olan məlumata görə narazı sakinlər icra başçısının əmlakları barədə KİV-ə sənəd də təqdim etmişdilər.Müraciətdə deyilirdi: “Tofiq İbrahimov icra başçısı təyin olunduqdan sonra rayon sakinlərinin günü göy əskiyə bükülüb. Var-dövlət toplamaqdan gözü doymayan icra başçısı Ağdaşa başçı təyin olunduqdan sonra sərvətinin sayı-hesabı bilinmir.Buna baxmayaraq icra başçısının gözü doymaq bilmir. Nəticədə də zəhmətkeş ağdaşlılar əziyyət çəkirlər. Tofiq İbrahimovun başı ancaq var-dövlət yığmağa, biznes qurmağa qarışdığı üçün rayon baxımsız qalıb. Rayonun o kəndi olmasın ki, T.İbrahimov torpaq sahələrinə əl qoymasın.Örüş yerləri zəbt olunub, qanunsuz olaraq əkin işləri aparılıb.Hansı ki, qanuna əsasən örüş yerlərini təyinatı dəyişmədən əkmək olmaz. Onun qanunsuz yolla əldə etdiyi sərvətləri bunlardı:

Ağdaşın Dəhnə kəndində 2000 başlıq camış ferması və 200 hektar torpaq sahəsi, həmin kənddə 10 hektar meyvə bağı, Şor Dəhnə kəndində 31 hektar meyvə bağı, Şəmsabad kəndində 200 hektar yonca sahəsi, Tofiqi kəndində 250 hektar arpa sahəsi, balıq gölləri, Mürsəl kəndində 200 hektar çəltik sahəsi, Türyançayın Ağdaş ərazindən keçən hissəsində 4 yerdə daş-qum-çınqıl karxanası, rayonun Zeynəddin kəndində hər həftənin 6-cı günləri işləyən mal bazarı, rayon mərkəzində 2 yerdə böyük tikinti materialları ticarət mərkəzi, 80 ədəd böyük yük avtomobilləri, Ağdaş şəhərində 2 yerdə möhtəşəm villası, Bakı şəhərində 21 yerdə villa və mənzillər, Qəbələ rayonunda isə 3 villası, 1 şadlıq evi, 3 restoranı, 1 Yanacaqdoldurma Məntəqəsi, 2 İstirahət güşəsi, 100 hektar fındıq bağları, ən əsası isə övladlarının adına sənədləşdilimiş Londonda mülkləri, Türkiyədə otel, villaları və mənzillərə sahibdir.Tofiq İbrahimov qeyri qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da rayonda sahibkarlara, fermerlərə qənim kəsilib. Hansı kənddə Tofiq İbrahimova məxsus ferma, əkin sahəsi və bağlar varsa həmin kəndlərin camaatı zəlil olub.Su üzünə, örüş üzünə həsrət qalıblar.Kənd sakinlərinə verilən suvarma suyu ancaq onun sahələrinə aparılır.Örüş yerləri zəbt olunub deyə mal-qara örüşsüz qalıb. Ağdaşda bələdiyyələrin, icra nümayəndələrinin və idarə müdirlərinin işi ancaq T.İbrahimovun biznesini idarə etmək, ona haqq yığmadır. Ağdaş rayon sakinləri Tofiq İbrahimova kimi yaxşı dolanırdı, kəndlilər təsərrüfatlardan gəlir götürürdü, sahibkarlar düzgün pul qazanırdılar. Hörmətli prezidentimiz İlham Əliyevdən xahiş edirik bu biznesmen, talançı icra başçısının qara əməllərini araşdırıb onun barəsində ciddi tədbirlər görsün”.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanıldı. Onun mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunduğundan o və bu işlərəd əli olanlar həbs olundu. Bundan sonra İ.Vəliyevin rayonda çoxlu torpaq sahələri və obyektlərə sahib olduğu büzə çıxdı. Aktualxeber.az-a daxil olan məlumata görə oxşar proses Ağdaşda da getdiyindən yaxın zamanlarda həmin rayonda da belə bir əməliyyatın keçiriləcəyi gözləniləndir. Bunu özü də hiss edən Ağdaşın oliqarxa çevrilmiş icra başçısının yuxusu ərşə çəkilib. Çünki onun qanunsuz əməllərinin sayı hesabı yoxdur.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Aktualxeber.az

Geri qayıt