Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Tovuzun icra başçısına dəfələrlə demişəm..."

"Tovuzun icra başçısına dəfələrlə demişəm..."


5-03-2020, 13:18
"Tovuzun icra başçısına dəfələrlə demişəm..."
Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə.

Sürəti: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziri cənab İnam Kərimova.

Sürəti: Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Ə. . Əhmədzadəyə.

Tovuz rayonu Qovlar şəhəri Nizami küçəsi ev 1 ünvanda yaşayan Yadigarov Kamil Həsən oğlu tərəfindən

Ə R İ Z Ə

Yazıb məlumat üçün bildirirəm ki, mənim yaşadığım evdən təxminən 10 – 12 km uzaqda yerləşən 1 hektar 10 sot pay (nüfuz) torpağım var. Həmin torpağa hər il olduğu kimi bu ildə taxıl əkmişəm. Bəzi işbazlar mənim torpaq sahəmin dört yanını özəlləşdiriblər. Məni də məcbur edirlər ki, mən də torpağı onlara verim. Mən isə özüm əkirəm. Mən taxıl əkdiyim həmin sahəni suvara bilməmişəm. Çünki mənə mane olurlar. Belə ki, suvarma idarəsinin nəzarətçisinə məlumat veriblər ki, həmin ərazidə suvarılmayan sahə qalmayıb. Ona görə də nəzarətçi Vidadi kanaldan suyun gəlişini dayandırıb. Mənim taxılım suvarılmamış qalıb. O gündən bu günə bu məsələni aidiyyəti bütün qurumlara, Tovuz RİH Başçısına dəfələrlə demişəm. Heç bir nətiçəsi olmayıb. Mənim taxılım məhv olmaq üzrədir. Dəfələrlə söz veriblər əməl etməyiblər.

Son çarə olaraq 16 fevral 2020 ci il tarixdə Meliorasiya və Su Təsərrüfatı ASC-nə məktub ünvanlamışam. Təəssüflər olsun ki, heç bir nətiçəsi olmadı. Buna görə də 27 fevral 2020-ci ildə saat 15-də Meliorasiya və Su Təsərrüfatı ASC-nə, 012-493-36-04 nömrəli telefona zəng edərək kömək istədim. Telefonla danışdığım həmin şəxs məni başından etmək üçün 050-377-38-30 nömrəli telefonla əlaqə saxlamamı tövsiyə etdi. Mən həmin telefona zəng etdim, suvarma idarəsində müavin olan həmin şəxs mənə bildirdi ki, kanalda su yoxdur, mən sizə kömək edə bilməyəcəyəm.

Buradan sual yaranır içra başçısı, vəzifə sahibləri, imkanlı şəxslər hektarlarla taxıllarını suvara bilirlər sadə vətəndaşlar 1 hektar taxıllarını suvara bilmirlər. Son illərdə rayon səviyəsində əkini də içra başçısı təxminən 400-500 hektar, qurum rəhbərləri 100-300 hektar, imkanlı şəxslər 50-100 hektar taxıl əkirlər. Bunların arasında 1 hektar taxılı olan sadə vətəndaşa imkan verməzlər ki, o taxılını suvarsın.

Yəni zəmanə dəyişib sadə vətəndaşa imkan vermirlər ki, o əkin əkib dolansın. Hansı vasitə ilə olur-olsun onun torpağını əlindən alacaqlar, digər variantda isə onun əkdiyi əkinin suvarılmasına mane olub onu susuzluqdan yandıracaqlar. Nəticədə vətəndaş küllü miqdarda zərərə uğrayacaq. Sadə vətəndaş bu hadisələr başına gəlməməsi üçün növbəti il əkin əkə bilmir. Nəticədə gec-tez həmin torpaq sahəsini həmin imkanlıya satacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevdən xahiş edirik ki, bu məsələnin müsbət həlli üçün aidiyyəti qurumlara göstəriş versin.

İmza: Yadigarov Kamil Həsən oğlu. Tel: 050-363-12-76.

Vaqif Axmedov

Geri qayıt