Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Beyləqanda bu məmurun işi araşdırılarsa...

Beyləqanda bu məmurun işi araşdırılarsa...


28-04-2020, 11:23
Beyləqanda bu məmurun işi araşdırılarsa...
Xatırlayırsınızsa, ötən günlərdə Reportyor.tv olaraq “Oqtay Şirəliyevin tikinti maxinatoru - Beyləqanlı iş adamı Qəhraman Qəhramanov – KİMDİR?” sərlövhəli məqalə dərc etmişdik. Həmin məqaləmizdən sonra redaksiyamıza arda-arda vətəndaş şikayətləri daxil olmağa başladı. Həmin vətəndaş şikayətlərində Qəhraman Qəhramanovun icra başçısına “jest” edərək Beyləqandakı evini icra başçısına “peşkəş” etdiyi, beləliklə də başçısının yanında “nüfuz” qazanması haqqda müvəssəl bilgilər əks olunub. Belə olan halda ortaya sual doğur! Əcaba, Beyləqanda icra başçısının qalacağı başqa ev yox idimi? Əlbəttə, var! Bəs onda niyə icra başçısı Qəhraman Qəhramanovun evində qalmağa üstünlük verib? Bu haqda növbəti yazımızda yazacağıq. Bu gün yazacağımız yazı Qəhraman Qəhrəmanovun qardaşı, Eyvazalılar kənd Ərazi icra nümayəndəsinin müavini işləyən Şahin Qəhrəmanovdan olacaq. Reportyor.tv-ni bilgiləndirən mənbəmiz iddia edir ki, Qəhraman Qəhramanov icra başçısına yaxınlığından istifadə edərək qardaşı Şahin Qəhrəmanov Eyvazalılar kənd ərazi icra nümayəndəsinin müavini təyin etdirib. Məsələ, Şahinin müavin işləməsi məsələsi deyil. İddialara görə Şahin Qəhrəmanov heç bir univeristet-zad oxumayıb. Ortaya çıxartdığı diplomuda saxtadır. İddialara görə Şahin Qəhrəmanovun diplomunun saxta olduğunuda bilir. Bilə bilə də onu işlədir. Bununda özəl səbəbləri var. Qəhrəman Qəhrəmanov mal bazarının müdiridir. Daha dəqiq desək, mal bazarını oğlu Fəridin adına sənədləşdirib.Yəni hər həftə tək bazadrdan, tər tökmədən əli cibində 4-5 min manat pul qazanır. Həmin puluda Qəhrəman icra başçısı ilə bölür. Ona görə də başçı onların bir çox qanunsuz əməllərinə, eləcə də Şahinin saxta diplomla ərazi icra nümayəndəsində işləməsinə də göz yumub. Repertyor.tv olaraq Şahin Qəhrəmanovun diplomunun saxta olması ilə bağlı redaksiyamıza daxil olmuş məlumatları dəqiqləşdirmək üçün Beyləqan rayon İcra Hakimiyyətinin Ərazi İdarəetməŞöbəsinin müdiri İlqar Quliyevlə əlaqə saxlayıb münasibət öyrənmək istəsək də, lakin ondan konkret cavab ala bilmədik.
Qarşı tərəfində söz haqqını tanıyırıq
Reportyor.tv

Geri qayıt