Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Nə mənzili verirlər, nə də pulu qaytarırlar”

“Nə mənzili verirlər, nə də pulu qaytarırlar”


28-04-2020, 11:55
“Nə mənzili verirlər, nə də pulu qaytarırlar”
Hazırda Bakıda şəhərə yaraşıq verən və görünüşü zövq oxşayan yüzlərlə göydələn var.

Tikintisi yarımçıq qalmış binalar da az deyil. Tikintinin yarımçıq qalması, mənzil almaq ümidi ilə yaşayan vətəndaşların narazılığına səbə olub. Yaranmış durum mənzili hələ bünövrə qoyularkən alan vətəndaşların haqlı narazılığına səbəb olur. Çünki nə tikinti gedir, nə də pullarını geri ala bilirlər.

Cebhe.info-ya müraciət edən Bakı sakini Rafiq Orucovun da şikayəti bu barədədir. O, 2013-cü ildə "Qlobal SF" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsindəki Ə.Əhmədov ünvanında tikilməkdə olan binadan mənzil alıb. "Qlobal SF" MMC-nin direktoru H.K.İbrahimovun R.Orucova verdiyi sənədə bildirilir ki, 2019-cu ilin mart-aprel aylarına qədər binanın tikintisi başa çatacaq. Lakin 6 ildən çoxdur ki, binanın tikintisi tamamilə dayanıb.

“Nə mənzili verirlər, nə də pulu qaytarırlar”

R.Orucov onunla yanaşı, binanın digər sakinlərinin də sözügedən MMC tərəfindən aldadıldığını bildirib. Onlar dəfələrlə müxtəlif mənbələrə şikayətlər ünvanlasa da, bir nəticəsi olmayıb, nə binanın tikintisinə başlanılır, nə də ki, pullarını geri ala bilirlər. Hazırda Qaradağ rayonu, Lökbatan qəsəbəsi , 6-cı massiv, Rasım Məmmədov küçəsi 1, ev 21-də yaşayan Rafiq Orucov problemin həll edilməsi üçün aidiyyati qurumlardan kömək istəyib.

Geri qayıt