Əsas Səhifə > Güney Press, Reklam > Bakcell Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib
Bakcell Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib30-04-2020, 18:24 |
DİA.AZ: - Bakcell şirkəti xüsusi karantin rejimi dövründə Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər planı çərçivəsində Bakının Binə qəsəbəsində yaşayan aztəminatlı ailələr üçün ərzaq yardımı proqramı həyata keçirib. DİA.AZ xəbər verir ki, ötən həftə Bakcell əməkdaşları Binədə yaşayan 650 aztəminatlı ailəyə baş çəkib və şirkət adından yardım qutularını təqdim ediblər. Xəzər Rayon İcra Hakimiyyəti və Binə Bələdiyyəsinin təşkilati dəstəyi ilə və təqdim etdikləri siyahılara əsasən aksiya çərçivəsində Bakcell tərəfindən qəsəbədə yaşayan 650 ailəyə ərzaq yardımı göstərilib. Qeyd edək ki, bu təşəbbüs Bakcell tərəfindən “Covid-19”a qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı tədbirlərin davamıdır. Belə ki, şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bundan əlavə, Bakcell karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərib, bütün karantin mərkəzlərində çalışan həkimlərə və müxtəlif karantin mərkəzlərindəki vətəndaşlarımıza ödəmə kartları hədiyyə edib. Bakcell şirkəti sosial izolyasiya müddətində müxtəlif sosial və digər təşəbbüslər vasitəsilə Azərbaycan vətəndaşlarına, xüsusilə də həssas əhali qruplarına dəstək göstərməyə davam edəcək. Geri qayıt |