Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Kürdəmirin icra başçısı da həbs oluna bilər
Kürdəmirin icra başçısı da həbs oluna bilər8-05-2020, 12:19 |
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) korrupsiyaya bulaşmış rayon icra başçıları ilə bağlı keçirdiyi əməliyyatlar vətəndaşlar təfindən müsbət qarşılanır. Artıq rayonlarda vəzifə səlahiyyətlərindən sui-istifadə edən bir çox məmurlar qorxu içindədirlər. Gununsesi.org-un əldə etdiyi xəbərə görə, Kürdəmir Rayon İcra Hakimiyyətinə Prezident Administrasiyasından xüsusi yoxlama gəlib. Həmin yoxlama icra başçısı Ceyhun Cəfərov haqqında vətəndaşlar tərəfindən edilən çoxsaylı şikayətləri araşdırır. Gununsesi.org-a başçı Ceyhun Səfərovun 8 saylı uşaq bağçasının təmirində korrupsiyaya yol verdiyi barədə məlumat daxil olub. Bildirilir ki, bir neçə il öncə həmin bağçanın əsaslı təmiri üçün pul ayrılıb. Ancaq icra başçısı həmin vəsaiti mənimsəyib. Son baş verən hadisələr və Administrasiyadan oraya gələn yoxlamaları görə isə bağçada 2 gün öncə kosmetik təmir işlərinə start verilib. DTX əməliyyatları ilə rayon icra başçılarının həbsi faktı Kürdəmir icra başçısını da narahat edib. Bağçanın üzərində kosmetik təmirə dünəndən etibarən başlanıılıb. Fakt budur ki, uşaq bağçasının təmiri üçün ayrılan külli-miqdarda pul başçı tərəfindən mənimsənilib. Bu foto əsaslı təmiri üçün xeyli pul vəsaiti ayrılan bağça haqqında əsl gerçəkləri ortaya qoyur: Məlumat üçün bildirək ki, bu ilin fevralında ölkə başçısı tərəfindən 8 nömrəli körpələr evi–uşaq bağçasının 100 yerlik yeni binasının tikintisi üçün yenidən1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb. Həmçinin əldə etdiyimiz digər məlumatlara görə, İcra başçısı Ceyhun Səfərov rayondakı yerli sahibkarları incidərək onlardan “haqq” tələb edir. Eləcə də obyekt, kiçik biznes sahibi və ticarətçilərdən bəlli məbləğdə aylıq pul tələb edib. İdarə müdirləri də bu siyahıdadır. Həmçinin rayon büdcə təşkilatlarında insanların adlarına maaş yazılaraq, işçi kimi “çalışması”nın bəlli olması başçının “özfəaliyyətləri” sırasındadır. Ümid edirik ki, Dövlət Təhlükəsizlik Xidməti bu rayonun barəsində xüsusi əməliyyat keçirərək, onu ifşa edəcək. Geri qayıt |