Əsas Səhifə > Güney Press, Reklam > Bu həftə bölgələrdə daha 1000 ailə Azercell-dən Ramazan sovqatı aldı!
Bu həftə bölgələrdə daha 1000 ailə Azercell-dən Ramazan sovqatı aldı!8-05-2020, 17:03 |
DİA.AZ: - Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin dövründə xüsusi diqqət və qayğıya ehtiyacı olan insanları, aztəminatlı ailələri sevindirməkdə davam edir. Şirkətin korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirilən xeyirxah təşəbbüs nəticəsində müqəddəs Ramazan ayının ikinci həftəsi Xızı, Göyçay, Göygöl, Goranboy, Naftalan, Daşkəsəndə yaşayan həssas kateqoriyalardan olan 1000 ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanılıb. DİA.AZ xəbər verir ki, arzaq payı alan ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilib. Payları ölkə boyu müxtəlif ünvanlara Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC çatdırır. Xatırladaq ki, Azercell şirkəti ötən həftə Cəlilabad, Hacıqabul, Füzuli, Gədəbəydə sosial təcrid şəraitində yaşayan 1000 ailəyə ərzaq yardımı çatdırıb. Ümumilikdə Ramazan ayı ərzində 4000-dən çox aztəminatlı ailəyə ərzaq dəstəyinin göstərilməsi nəzərdə tutulub. Azercell şirkətinin təşkil etdiyi yardım aksiyalarının əsas məqsədi COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə həssas təbəqədən olan insanların sosial rifahını yaxşılaşdırmaq, dövlət tərəfindən məlum infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində keçirilən tədbirlərə dəstək vermək, həmçinin cəmiyyətdə vüsət alan sosial yardımlaşma təşəbbüslərinin genişlənməsinə nail olmaqdır. Geri qayıt |