Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Pulunu ödədiyimiz xidməti niyə göstərmirsiniz?"

"Pulunu ödədiyimiz xidməti niyə göstərmirsiniz?"


18-05-2020, 12:34
"Pulunu ödədiyimiz xidməti niyə göstərmirsiniz?"
DİA.AZ: - "Səhər tezdən Binəqədidə qaz kəsilib. O qədər özbaşınalıqdlr ki, kimin ürəyi nə vaxt istəyir qazı kəsir". DİA.AZ bildirir ki, bu barədə vətəndaşlar "facebook" sosial şəbəkəsində gileylərini paylaşıblar.

Daha sonra vətəndaş narazılığı belə ifadə olunur: "Pulunu ödədiyimiz xidməti niyə göstərmirsiniz, "Azəriqaz"? Bunların əməllərini ictimailəşdirməsən, dünya veclərinə deyil.

Zəng vurduğum telefonların heç birinə də cavab verən yoxdur.

Ya işə gəlmirlər, ya da ümumiyyətlə, telefonu xətdən çıxarıblar".

dia-az.life bildirir ki, Binəqədidə təbii qaz təminatında problemlərin mövcudluğu ilə bağlı daha bir neçə nəfər narazılığını bildirib.

Məsələ ilə bağlı "Azəriqaz"ın da mövqeyini paylaşmağa hazırıq...

"Pulunu ödədiyimiz xidməti niyə göstərmirsiniz?"

Geri qayıt