Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Baş gömrükçüyə daha bir səbəb göstərildi ki...
Baş gömrükçüyə daha bir səbəb göstərildi ki...28-05-2020, 11:12 |
Dövlət Gömrük Komitəsinin ( DGK ) sədri Səfər Mehdiyev ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı bildirmişdi ki, Azərbaycanda inhisarçılıq yoxdur: "Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər. Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm”. Cənab Mehdiyevin pafoslu çıxışına baxmayaraq hər gün mediada DGK-da baş verən qanunsuzluqlarla bağlı kifayət qədər faktlar göstərilir. Vertikal.Az-a daxil olan məlumata görə, "Avrora" MMC topdansatış şirkəti Rusiyadan Azərbaycana ərzaq-qida məhsulları gətirir. Məlumata görə, bu şirkətin məhsulları heç bir gömrük qeydiyyatı olmadan "Yaşıl dəhliz"dən, yəni sərhəddən birbaşa Xırdalandakı anbarlara gətirilir. Yəni qanunsuz yolla ölkəyə mal idxal olunur. Mənbənin məlumatına görə, şirkət məhsullarını realizə etmək üçün ölkəmizdə "Bolmart"supermarketlər şəbəkəsini yaradıb. Mətbuat üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, “Avrora” şirkəti Ukrayna, Rusiya qida məhsullarının markasını saxtalaşdıraraq ölkəmizdə satır. Geri qayıt |