Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Camaat canının hayına qalanda...
Camaat canının hayına qalanda...1-06-2020, 09:53 |
Məlum olduğu kimi koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Azərbaycandakı bütün təhsil müəssisələrində tədris martın 3-dən Nazirlər Kabinetinin qərarı ilə dayandırılıb.Mart ayının 24-dən Respublika ərazisində elan olunmuş xüsusi karantin rejimi bir müddət sonra yumşaldıldı. Xüsusi karantin rejimi dövründə fəaliyyəti dayandırılmış bir çox dövlət müəssisələrinin fəaliyyəti artıq bərpa olunsa da, orta məktəblərin və Ali təhsil müəsisiələrənin fəaliyyəti qeyri müəyyən vaxta qədər uzadılıb. Buna baxmayaraq şagird və tələbələrin dərsə davamiyyətini artırmaq məqsədi ilə təhsil ocaqları onlayn şəklində tədris prosesini davam etdirirlər. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bu yöndə nə kimi tədbirlər həyata keçirdiyi bizlərə bəlli olmasa da,xüsusi karantin rejimi dövründə bir neçə satınalma prosedurunu reallaşdırması barədə bizlərdə dəqiq məlumatlar var. Akademiyanın 11.03.2020-ci il tarixdə nəqliyyat vasitəsinin alınması üzrə keçirmiş olduğu tenderin qalibi “Rotary Motors” MMC elan edilib və tərəflər arasında 43400 manat dəyərində müqavilənin bağlandığı bildirilib.Karantin rejimində,Akademiyyanın qeyri müəyyən vaxta bağlandığı bir dövrdə 43400 manatlıq avtomobilin alınmasına zərurət var idimi və yaxud haradan yaranıb? O cümlədən Akademiyanın 04.05.2020-ci il tarixdə dəftərxana ləvazimatları,təsərrüfat malları,katric və tonerlərin satınalınması üzrə keçirfiyi tender proseduru da.Qeyd edək ki, Akademiya bu tenderə 150305.41 manat dövlət vəsaiti ayırıb və “Office Pro” MMC- ilə elə karantin rejimi dövründə satınalma müqaviləsi bağlayıb.Yenə sual olunur,təhsil ocağının qeyri müəyyən vaxta bağlandığı bir dövrdə 150305.41 manatlıq dəftərxana ləvazimatının təcili satınalmasına ehtiyac var idimi? Aktualinfo.org-un araşdırmalarına görə satınalmaların elektron portalında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının satın almaq istədiyi nəqliyyat vasitəsi barədə əlavə heç bir məlumat yerləşdirilməyib. Elanda qalib şirkətin adı “Rotary Motors” MMC -nin adı göstərilsə də, podratçı təşkilatın VÖEN-i (1500374911) İdman Akademiyasına məxsus olduğu üzə çıxdı. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə yuxarıda göstərilən VÖEN İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 25.04.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının aid olduğu göstərilir. Qanuni təmsilçisiniin Hacıyev Fuad Hacı oğlu göstərilən qurumun hüquqi ünvanı Bakı şəhəri,Nərimanov rayonu, Fətəlixan Xoyski pr, ev 98 qeyd olunub.Bu ünvanda da təbii ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yerləşir. “Rotary Motors” MMC-yə gəlincə. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə 2 saylı Ərazi Vergilər Baş İdarəsində 13.11.2007-ci il tarixdə dövlət qeydiyyatına alınıb.(VÖEN 1401240691) Qanuni təmsilçisi 1984-cü il təvəllüdlü Rəhimova Arzu Firdovsi qızı olan MMC-nin 100 manat nizamnamə kapitalı var.Hüquqi ünvanı isə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi göstərilir. İnternet resursları üzərindən apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz məlumatlara görə “Rotary Motors” MMC “Mazda”markalı avtomobilin satışı ilə məşğuldur.Azərtac İnformasiya Agentliyinin 31 oktyabr 2024-cü il tarixdə yaydığı məlumata görə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları avtomobilin “İndi Mazda CX-9-u illik 0% kreditə əldə etmək mümkündür” məzmunlu reklamının istehlakçıları çaşdırdığını müəyyən ediblər. Bununla əlaqədar reklamın sifarişçisi olan “Rotary Motors” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılarkən avtomobilin kreditlə əldə edilməsi üçün 40 faiz ilkin ödənişin tələb edilməsi barədə informasiyanın gizlədildiyi, eləcə də reklamın yayımlandığı dövrdə avtomobilin nağd satış qiymətinin kreditlə satış qiymətindən aşağı olduğu aşkarlanıb. İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə “Mazda CX-9” markalı avtomobillərin satışını həyata keçirən və qeyd olunan reklamların sifarişçisi “Rotary Motors” MMC-yə 13,5 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Akademiyanın şübhə doğuran ikinci tenderin qalibi “Office Pro” MMC- isə Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 17.07.2018-ci il tarixdə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 5 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Füzuli Ramiz oğlu,hüquqi ünvanı isə Bakı şəhəri,Nərimanov rayonu,Əhməd Rəcəbli 3 unvanda yerləşdiyi göstərilib.Qeyd edək ki,2018-ci ildə dövlət qeydiyyatına alınmış bu 5 manatlıq MMC Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının elan etdiyi tenderlərdən başqa heç bir qurumla anoloji xidmətlərin göstərilməsində iştirakçı olmayıb. Bu da MMC-nin birbaşa və yaxud da dolayısı yollarla akademiyanın rektoruna bağlılığından xəbər verir. İndi bilmirik, 2015-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilmiş Fuad Hacıyev bunu təsdiq edəcək,ya yox.Bir də çox istərdik ki,Fuad Hacıyev 43400 manata aldığı avtomobilin markası barədə də məlumat verəydi.Həm də bu avtomobilin belə bir dövrdə,təcili alınmasının hansı zərurətdən yarandığını açıqlayaydı. Aktualinfo.org Geri qayıt |