Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Vurulmuş ideoloq"un DOLAŞIQ STATUSU

"Vurulmuş ideoloq"un DOLAŞIQ STATUSU


10-06-2020, 11:46
"Vurulmuş ideoloq"un DOLAŞIQ STATUSU
Prezidentin keçmiş köməkçisi olmuş, Azərbaycanın ictimai-siyasi həyatı ilə bərabər, o həyatın ideoloji yönümünə “səmt vermək” iddiasına düşəcək səviyyəyə çatmış, vəzifədən çıxarılarkən nəhəng biznes imperiyasının hüdudları ilə üzü üzlər görmüş ölkə əhalisini belə, heyrətləndirən həmin Əli Həsənov indi də sosial şəbəkədə görünüb. Əlbəttə, bu “görüntü” ona görə diqqətçəkəndir ki, MQU-nun tarix fakültəsini, daha sonra həmin ali məktəbdə aspiranturanı bitirərək tarix elmləri namizədi adını almasına baxmayaraq (rusca təhsil alıb, amma onun bu dildə bərbad danışdığını deyirlər), Bakıda çörəkpulunu valyuta satışından çıxaran, daha sonra indi həbsdə olan Hüseyn Abdullayevin, “Quska”nın metalqəbulu məntəqəsində qapançılıq edən, keçmiş nazir Əli Nağıyevin himayəsi ilə YAP-a gətirilərək sonradan ağlasığmaz karyera qazanan Əli Həsənovun baş verənləri necə “təhlil edəcəyi” maraqlı idi.

Maraqlı cəhət bir də ondan ibarət olub ki, bu Həsənov “Yasamal hadisələri” ilə bağlı sosial şəbəkədə yazdığı statusa bir gün sonra əlavə edib.

Belə ki, stausun birinci redaktəsində əgər Əli Həsənov polisin üstünə zibil atanları qınayırdısa, etdiyi əlavədə asayiş keşikçilərinin keçirdiyi əməliyyata da tənqidi yanaşıb.

“Dünən çevik polis əməkdaşlarının həmin binada keçirdiyi əməliyyatla bağlı şəbəkələrdə yayılan görüntülər də heç bir xoş ovqat yaratmadı. Məncə istər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini almalı və müvafiq tədbirlər görülməlidir. Əks təqdirdə cəmiyyətimiz belə hallardan sarsıla bilər”, – deyə Əli Həsənov bildirib.

Əlbəttə, biz “MQU-nun alimi”, sonralar elmlər doktoru, professor olmuş, Azərbaycan Prezidenti yanında İdarəetmə Akademiyasının kafedra müdiri “seçilmiş” cənab Əli Həsənovun statusundakı üslubi və orfoqrofik səhvləri qabartmaq fikrindən uzağıq, lakin bu statusda bərqərar olan “nə şişi yandıran, nə də kababı qaraldan” iyrənc maneraları görməyə bilmərik.

Statusda görünən odur ki, Əli Həsənov baş vermiş hadisədə “nə sən, nə də sən” deyir,d övlət xadimliyi bir tərəfə, elmi dərəcələrinə də yaraşmayacaq səviyyədə bəsit mülahizələr yürüdür. Bu statusla cənab Həsənov 1989-cu ildə Vəzirov tərəfindən başladılan, özünün də fəal qoşulduğu “antiəliyev kampaniyasının” hədəfinə dönmüş prezident Heydər Əliyevin dediyi kimi, ortaya mövqe qoymaması ilə diqqət çəkdi.

Bir daha qeyd edirik ki, o, bu fikirlərini statusuna bir gün sonra əlavə edib.(polemik.az)

Geri qayıt