Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bahar Enerji Əməliyyat Şirkəti rəhbərliyindən ÖZBAŞINALIQ...

Bahar Enerji Əməliyyat Şirkəti rəhbərliyindən ÖZBAŞINALIQ...


25-06-2020, 12:15
Bahar Enerji Əməliyyat Şirkəti rəhbərliyindən ÖZBAŞINALIQ...
“Bahar Enerji Əməliyyat Şirkətinin prezidenti CON Harkins və hal-hazırda onun səlahiyyətlərini icra edən Deyl Makfadden bir neçə gündür ki, ölkəmizin Əmək qanunvericiliyini pozur”.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib:

Bahar Enerji Əməliyyat Şirkəti rəhbərliyindən ÖZBAŞINALIQ...

“İşçilərə hədə-qorxu (işdən qovulma) gələrək onları əmək haqqlarının 20% azaldılması nəzərdə tutulan yeni müqvilələrə qol çəkməyə məcbur edirlər. Əmək Məcələsinin 69-cu maddəsinin 7-ci bəndi isə deyilir ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Neft kontraktlarından bəhrələnən, yüksək gəlir əldə edən (yalnız aylıq əmək haqları 50 000 -dən artıq) xarici işəgötürənlər cəzasız qalmalıdır ki? Sən niyə ölkəmdən milyonlar aparıb, yerli işçinin cüzi maaşına göz tikirsən ki?”

Xatırladaq ki, neft hasilatının azaldılması ilə bağlı olaraq, artıq ölkəmizdə neftçilərin ixtisarlarının aparılacağı və ya əmək haqlarının azaldılacağı bildirilir.

Bahar Enerji Əməliyyat Şirkəti rəhbərliyindən ÖZBAŞINALIQ...


Geri qayıt