Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qarabağ əlilləri, şəhid ailələri mənzillərinə çıxarış ala bilmirlər

Qarabağ əlilləri, şəhid ailələri mənzillərinə çıxarış ala bilmirlər


30-06-2020, 12:59
Qarabağ əlilləri, şəhid ailələri mənzillərinə çıxarış ala bilmirlər
DİA.AZ: - "Əlil -şəhid ailələrinin mənzil təminatını ƏƏSMN -də kök salmış bir qrup məmurun alver predmetinə çevirməsindən , Bakıda yaşayan mənzilə ehtiyacı olanların Abşeronun kəndlərində və digər ucqar yerlərdə mənzillə təmin olunmaları qanunsuzluğundan, Bakıda tikilən evlərin qanunsuz, ədalətsiz bölgüsündən çox yazılıb". Bu barədə DİA.AZ-a Abşeron rayonu, Məhəmmədi kəndi, “Göy Qurşağı” yaşayış massivinin əlil -şəhid ailələrinin bir qrupu - İsgəndərli Mahmud, Abbasov Hüseynbala, Cəfərov Rövşən və daha 30 nəfərin adından daxil olan müraciətdə belə deyilir.

Daha sonra müraciətdə deyilir: "Abşeronun Məhəmmədi kəndi, “Göy Qurşağı” yaşayış kompleksində mənzil “yiyəsi” olan əlil və şəhid ailələri isə Bakıdan uzaq düşmələri bir yana , heç mənzillərinə qeydiyyat çıxarışı ilə yiyələnə də bilmirlər. Hətta 5 illik “satış limiti”ni , qadağasını başa vuran mənzillərə də, el dilində desək, “kupça” verilməsindən imtina edilir. Niyə?

Qarabağ əlilləri, şəhid ailələri mənzillərinə çıxarış ala bilmirlər

Belə çıxır, mənzillər Qarabağ əlillərinə, şəhid ailələrinə müvəqqəti, “xidməti sığınacaq” kimi verilib? Bu da qaçqın-köçkünlərə verilən ev deyil ki, Qarabağ “qaytarılana” kimi sənədləşdirilməsin! Hər halda, vətəndaşın öz evinin, əmlakının qanuni yiyəsi ola bilməməsi Konstitusiyaya ziddir. Axı, əlil, şəhid ailələri öz əmlaklarından istədikləri kimi yararlana bilmirlər!

Ümid edirik ki, bağlantılı qurumlar əlil və şəhid ailələrinin “xidməti sığınacaq”lardan qeydiyyat çıxarışı özəl mənzillərə “köçmələrini” təmin edəcəklər.


Geri qayıt