Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Rahat günlər başa çatır...
Rahat günlər başa çatır...1-07-2020, 16:06 |
Redaksiyamıza danışan məlumatlı mənbənin dediyinə görə, Dövlət Gömrük Komitəsində yaxın zamanlarda dəyişikliklər olmalıdır. Prezident Aparatına ardı-arası kəsilməyən şikayətlər, mediada işıqlandırılan faktlar PA-nı hərəkətə keçməyə məcbur edir. Həm də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin könüllü istefa verməsini şərtləndirən faktoloji baza gün-gündən “zənginləşir”. Bütün bunlar verilən xəbərlərdəndir. “Gömrükdə inhisarçılıq yoxdur”, “Gömrükdə rüşvət olarsa, istefa verəcəm” bu sözlərin müəllifi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdir. Səfər Mehdiyev saydığını saysın, görün, gömrük şefinin “paqonlular”ının canını boğazına yığdığı vətəndaşlar nələr deyirlər? İnsanları qoyaq kənara, Komitənin özü bəzi əməkdaşlarının rüşvət aldıqlarına görə işdən azad edilmələrinə və onların barəsində cinayət işi açılmasına dair bir neçə dəfə rəsmi məlumat yayıb. Bəs rüşvət alan olsaydı, istefa verəcəkdi kimsə… Sosial şəbəkələrdə gömrük sistemindəki qanunsuzlularla bağlı bağlı kifayət qədər materiallar yayılmaqdadır. Mənbənin dediyiə görə Xarici İşlər Nazirliyi əməkdaşları ilə baş verən qalmaqal hələdə PA-nın kuluarlarında müzakirə edilir. DGK Xarici İşlər Nazirliyi əməkdaşları statuslarından irəli gələn bəzi imtiyazlarına da məhəl qoymur. Azərbaycanın da qoşulduğu Vyana Konvensiyasına görə, xaricdə 4-5 il işləyib vətənə dönən diplomatların ölkəyə gətirdikləri bəzi məhsullar üçün gömrük rüsumu tutulmamalıdır. Ancaq Gömrük Komitəsinin harınlamış işçiləri uzun müddət xaricdə işləyən XİN əməkdaşlarının ölkəyə gətirdikləri şəxsi avtomobillərdən gömrük rüsumi tələb edəcək qədər irəli getməkdən çəkinməyiblər. Həm də bildirirlər, bu iş Səfər Mehdiyevin icazəsi olmadan həll oluna bilməz. Üstəgəl, diplomatlara məxsus avtomobilləri noyabrdan bəri Komitənin pullu dayanacağında günü 10 manatdan saxlayırlar. Əslində DGK-da baş verən biabırçılıqların ən bariz nümunəsi kimi Gömrük Komitəsinin 200 min manata alınmış işlənmiş avtobus üçün nə az, nə çox, düz 707 min manat rüsum tələb etmyini saymaq olar. Yəni avtobusun alındığı qiymətdən az qala 4 dəfə artıq məbləğ tələb olunub. Mənbənin dediyinə görə belə hadisələri çox göstərmək olar. Səfər Mehdiyevi ora təyin edəndə ümid edilirdi ki, o, DGK-nın iş prinsipini daxilindən bilən kadr kimi inqlabi islahatlara imza ataraq Azərbaycanın giriş qapısını nümunəvi bir təşkilata çevirəcək. Ancaq əfsuslar olsun bu baş vermədi. Fakt isə ondan ibarətdir ki, indi DGK əvvəlki rəhbərliyə şükür edəcək gündədir. Mənbə iddia edir ki, artıq Səfər Mehdiyevin vəzifədən getməyi gündəmdədir! Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq! Geri qayıt |