Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Baku Electronics" müştərilərini necə aldadır...

"Baku Electronics" müştərilərini necə aldadır...


29-07-2020, 12:01
"Baku Electronics" müştərilərini necə aldadır...
DİA.AZ: - Bakı Sakini Dünya Əhmədli "Baku Electronics" şirkətindən narazılıq edir. DİA.AZ narazı vətəndaşın şikayətini təqdim edir:

"İllərdir evimizin bütün elektronik avadanlıqlarını "Baku Electronics"dən alırdıq. Təəssüf ki, xidmətin səviyyəsi bu qədər aşağı düşüb, hətta sıfırdan da aşağı, mənfiyə doğru... Operatorları telefonları müştərinin üzünə qapadırlar. Bu şirkəti tövsiyyə etdiyim bütün dostlarımdan, tanışlarımdan üzr istəyirəm.

Keçən ilin oktyabr ayında "Bosh" markalı paltaryuyan almışdıq. 3 il zəmanəti var idi. Əlavə pul ödəyib qızıl zəmanət də almışdıq. İndi zəng etmişik ki, şikayətimiz var, paltarlar "paraşok"lu qalır alandan bəri... Xahiş etdik ki, bizi bir usta ilə əlaqələndirsinlər, suallarımızı verək. Operator isə inad edir ki, usta gəlib yerində baxmalıdır, sual verməyə də qoymur. Əvəzində isə 18 manat əlavə ödəniş tələb edir. Bu normaldırmı?

"Baku Electronics" müştərilərini necə aldadır...

Deməli, qızıl zəmanət boş şey imiş və bura alanda deyirdilər ki, hər şey daxildir. İndi isə əlavə ödəniş tələb edirlər. Opertora şikayət edəndə isə bu cavabı verirlər: Biz qeydə aldıq, araşdırarıq...

Bu araşdırmanın necə olması isə mart ayında mənə aydın oldu. Mart ayında internet üzərindən ütü və blendr sifariş etmişdim. O zaman vitrin ütüsü göndərmişdilər, üstü cızıq-cızıq... altı da qopuq. Qutunun içində su ölçmə qabı da yox idi. Halbuki eyni ütüdən bir neçə ay öncə də almışdıq. Onda vari idi su ölçmə qabı. Hər gün dəfələrlə zəng edirdim, gah deyirdilər nömrəniz silinib, gah da deyirdilər, şikayətiniz silinib... Uzun inaddan sonra nəhayətdə ütünü dəyişməyə müvəffəq oldum".

Narazı vətəndaş sonda başqa bir şirkətə müraciət edəcəyini də bildirib. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt