Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Səfər Mehdiyevin fəaliyyəti araşdırıla bilər...

Səfər Mehdiyevin fəaliyyəti araşdırıla bilər...


7-08-2020, 11:27
Səfər Mehdiyevin fəaliyyəti araşdırıla bilər...
DİA.AZ: - "Yaxın günlərdə Dövlət Gömrük Komitəsinə (DGK) maliyyə yoxlaması göndəriləcək". Bu barədə DİA.AZ-a məlumat hökumətdəki mənbələrdən daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, təftişdə məqsəd DGK xətti ilə yığılan dövlət rüsumlarının və büdcə ödənişlərinin təfsilatının dəqiqliklə hazırlanmasıdır.

Mənbənin dia-az.life-a söylədikləri: "Əgər belə bir yoxlama zərurəti yaranıbsa, deməli, "yuxarılar" DGK rəhbərliyinin fəaliyyətinə etimad göstərmir, verilən hesabatların səmimiyyətinə şübhə ilə yanaşılır".

Xatırladaq ki, bir neçə gün əvvəl DGK ilə bağlı çox ciddi faktları açıqlamışdıq ki (http://www.dia-az.life/9/258491-sefer-mehdiyev-dovlete-qarsh-nece-gedr.html), bu məqamın da DGK-da təftiş qərarının sürətləndirilməsinə nədən ola biləcəyi ehtimal edilməkdədir.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.

Geri qayıt