Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > AZAL-ı bir yandan da Sabir İlyasov yeyib-dağıtmaqdadır...
AZAL-ı bir yandan da Sabir İlyasov yeyib-dağıtmaqdadır...10-08-2020, 10:42 |
Cahangir Əsgərovun 1-ci müavini Sabir İlyasovun oğlu Elmar İlyasov da Londonda aviasiya ilə bağlı iki şirkətin rəhbəridir. Elmar İlyasov İngiltərə vətəndaşıdır, bu ölkədəki şirkətlərini 10 il bundan əvvəl təsis edib. Demokrat.az xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, 1972-ci il təvəllüdlü Elmar İlyasov Londondakı şirkətlərini 22 mart 2010-cu il tarixində Britaniya Şirkətlər Evində qeydiyyatdan keçirib. "Bunlardan biri FLYBAKU LIMITED dormant tipli kampaniyadır. Bu tip şirkətlər fəaliyyətsiz şirkət hesab olunur, onlar ticarət reyestrinə daxil edilir, adı, nizamnamə sənədləri, qeydiyyata alınan ölkənin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsin digər atributları vardır, lakin şirkətin dövriyyəsi olmur. Daha doğrusu "passiv şirkətlər" maliyyə hesabatlarını ümumiyyətlə təqdim etmirlər və ya məhdud bir şəkildə təqdim edirlər. Bu maliyyə hesabatlarının tələb olunduğu ölkələrdə xərcləri azaltmağın bir yoludur. Maraqlıdır ki, eyni adla Azərbaycanda da səyahət şirkəti fəaliyyət göstərir. "FLYBAKU TRAVEL" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakıda 2016-cı ildə dövlət qeydiyyatına alınıb. AZAL vitse-prezidentinin Londonda qeydiyyatdan keçirdiyi digər şirkət AIR ALLY LIMITED hava nəqliyyatı ilə bağlı müvafiq xidmətləri həyata keçirir. Şirkətin 2019-cu il maliyyə hesabatına görə aktivləri 434.246 funt sterlinq göstərilib. Hər iki şirkət Devonshire House, 582 Honeypot Lane, Stanmore, Middlesex, HA7 1JS ünvanında hüquqi qeydiyyatdadır. Sabir İlyasov 16 may 2008-ci ildən AZAL-ın birinci vitse-prezidenti təyin edilib. O bu ilin əvvəlində 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib". Geri qayıt |