Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Elmar Məmmədyarovun ölkədən çıxışına “stop” qoyulub

Elmar Məmmədyarovun ölkədən çıxışına “stop” qoyulub


14-08-2020, 12:10
Elmar Məmmədyarovun ölkədən çıxışına “stop” qoyulub
Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Gununsesi.info-nun bununla bağlı əldə etdiyi məlumatda bildirilir ki, sabiq nazirin ölkədən çıxışına məhdudiyyət qoyulması Xarici İşlər Nazirliyindəki anti-korruspiya əməliyyatı ilə bağlı açılmış cinayət işinə görədir.

“Elmar Məmmədyarov istintaqın çoxsaylı suallarını cavablandırmalıdır” deyə mənbəmiz bildirib.

Qeyd edək ki, Elmar Məmmədyarov Ermənstanin Tovuz təxribatı zamanı ölkə başçısının sərt tənqidlərinə məruz qaldıqdan sonra vəzifəsindən azad edilib.

Geri qayıt