Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Masallı sakinləri Prezidentə müraciət etdilər...
Masallı sakinləri Prezidentə müraciət etdilər...21-08-2020, 14:28 |
DİA.AZ: - "Biz Masallı rayonun İsgəndərli kəndi H.Aslanov küçəsinin sakinləriyik. Uzun illərdir ki, yol problemindən əziyyət çəkirik. Bu baədə DİA.AZ-a göndərilən müraciətdə deyilir. Müraciət müəllifi daha sonra yazır: "Yerli İcra Hakimiyyətinə, bələdiyyəyə dəfələrlə muraciət etmişik, lakin müraciətimiz cavabsız qalıb. Rayonun ucqar kəndlərinə asfalt yol çəkilibdir, İsgəndərli qəsəbəsi H.Aslanov küçəsi Masallı rayonun mərkəzi küçəsi sayılır. Bu il ayrı-ayrı kəndlərə asfalt çəkilsə də, bizim H.Aslanov küçəsi bərbad vəzyyətdədir. Masalli rayon Icra Hakimiyyətinin qərarı ilə Masalli rayonu Isgəndərli qəsəbəsi H.Aslanov küçəsində yeni qəbristanlığın yerinin təməli qoyulubdur. Lakin orada yaşayan sakinlər yolların berbad olmasından şikayətçidirlər. Heç kim şikayətə baxmır. Isgəndərli qəsəbəsi H.Aslanov küçəsi cayın yuxarı hissəsində yerləşir, dəfələrlə Masallı Bələdiyyəsinin sədri Azər Baxişov gəlib baxsa da, sakinlərə köməklik etmir. Deyir, bu yollar lahiyədə deyil, özünüz pul yığıb düzəldin. Odur ki, Dövlət Başçımız cənab İlham Əliyevdən xahiş edirik. Masallı rayonun Isgəndərli kəndinin H.Aslanov küçəsinin sakinlərinə yol probleminin həllində köməklik göstərilsin və bu barədə Masallı rayon Icra Hakimiyyətinə göstəriş verilməsini cənab Prezidentdən xahiş edirik". dia-az.life narazı vətəndaşın yolladığı fotoları da təqdim edir: Geri qayıt |