Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > ""AZAL"a müştəri kartını blok etmək hüququnu kim verib?"

""AZAL"a müştəri kartını blok etmək hüququnu kim verib?"


26-08-2020, 12:00
""AZAL"a müştəri kartını blok etmək hüququnu kim verib?"
DİA.AZ: - "Şikayətim "AZAL" Hava Yolları şirkətindəndir. Əgər işçiləri bu şikayəti görürsə, xahiş edirəm, çatdırın yuxarıda oturanlarınıza..." DİA.AZ bildirir ki, bunu narazı vətəndaş Solmaz Əhmədova bildirib.

""AZAL"a müştəri kartını blok etmək hüququnu kim verib?"

Daha sonra şikayətçi yazır: ""AZAL"a müştəri kartını blok etmək hüququnu kim verib? Şübhəli əməliyyata görə məsuliyyəti bank daşıyır, hava yolları şirkəti yox! Yəni bunu dərk edəcək bir düşüncəli yoxdur o şirkətdə? Blok etməyiniz bir yana, sizin texniki şöbəniz nəyə baxır? Niyə problemi həll etmir?

Uçuşa 5-6 gün qalıb... Hələ də "AZAL"dan bir xəbər yoxdur. Xarici ölkələr üçün olan nömrələriniz də işləmir. Müştəri xidmətləriniz də bir söz əzbərləyib: "BAXILACAQ!"

Belə biabırçılıq olmaz. Vəziyyətdən sui-istifadə edib qiyməti qaldırırsınız, heç olmasa insafınız olsun, normal xidmət göstərin..."

Daha sonra narazı müştəri bildirir ki, bloklanmış kartı ilə cəhd etsə də, yenə də bloklanıb. Amma eyni müştəri kartı ilə başqa hava yolu şirkətindən problemsiz qaydada bilet ala bilib.

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt