Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Yardımlı icra hakimiyyətində RÜŞVƏT TƏLƏSİ

Yardımlı icra hakimiyyətində RÜŞVƏT TƏLƏSİ


29-08-2020, 12:54
Yardımlı icra hakimiyyətində RÜŞVƏT TƏLƏSİ
Artıq neçə müddətdir ki, Yardımlı rayonundan rayon rəhbərliyindən və digər özbaşınalıq edən məmurlardan şikayətlər gəlməkdə davam edir. Həmin şikaytətləri ardıcıllığı ilə ictimaiyyətin diqqətinə çatdıracağıq.

Bu dəfə Ümid Tv Azərbaycan kanalına, Yardımlı rayonunun Bozayran kənd sakini Sadiyev Tahir Səxavət oğlu müraciət edərək Yardımlı rayon İcra Hakimkiyyətinin qanunsuz hərəkətlərindən və süründürməçiliyindən şikayətlənir. Şikayətçi kanalımız vasitəsilə Azərbaycan Respublikası Prezidentinə müraciət edərək, rayon rəhbərliyinin bu qanunsuz hərəkətlərinə qarşı sərt tədbir görülməsini xahiş edir.

Şikayətçi iddia edir ki, “o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyir. Onun özünəməxsus xüsusi mülkiyyət hüququ ilə obyekt üçün nəzərdə tutulmuş torpaq sahəsi var və bu torpaq sahəsində tikintiyə icazə almaq məqsədilə lazım olan bütün sənədləri hazırlayaraq Yardımlı RİH-nə təqdim edib. Qeyd edir ki, həmin torpaq sahəsini etibarnamə əsasında əvəzi ödənilməklə alıb, sənədləşmədən sonra öz adına keçirilməlidir. Lakin heç bir əsas olmadan Yardımlı RİH-nin aidiyyatı üzrə məsul şəxsləri bu 6 ay müddətində süründürməçiliyə yol verərək müraciətinə baxmaq istəmir. Hər dəfə rayon icra hakimiyyətinə gedərkən rayon rəhbərliyinin tabeliyində olan məmurlara qoyduğu xüsusi özündənkəşf qaydalarla heç bir müsbət cavab almadan geri qayıdır. Daha doğrusu "get gələn ay gələrsən" ifadəsini eşitməkdən bezmişəm. Əslində rayon icra hakimiyyəti bu süründürməçiliyi ilə məni rüşvət verməyə məcbur edib.

Halbuki, ölkə prezidenti hər dəfə regionlarda sahibkarlığın inkişafına dəstək verilməsi ilə bağlı sərəncam və tapşırıqlar verir. Ölkədə rüşvətxorluöğa qarşı bağışlanılmaz mübarizə aparılması üçün aidiyyatı qurumlara göstərişlər verir və artıq bir neçə rayon icra hakimiyyəti başçıları həbs olunub. Lakin Yardımlı rayon İcra hakimiyyəti Cənab Prezidentin bu istiqamətdə həyata keçirdiyi siyasətin əksinə gedərək rayonda sahibkarlığın inkişafına maneçilik törədir.

Bir məsələni də qeyd edim ki, rayon icra hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov bu məsələ ilə bağlı dəfələrlə tabeliyində olan aidiyyatı məmura tapşırıq verib ki, məsələ həll olunsun. Lakin bu rayonda icra başçısının da tapşırığına məhəl qoyan yoxdur. Burdan belə başa düşmək olur ki, tabeliyində çalışan məmurlar ya cənab Ayaz Əsgərovun sözünü heçə sayıb onu bir icra başçısı kimi saymırlar, ya da cənab Ayaz Əsgərov bu addımı vətəndaşın yanında gözdən pərdə asmaq üçün atır.

Belə də ki, son günlər əldə etdiyim məlumata görə Yardımlı rayon İcra hakimiyyətinin Baş memarı hələ ki, tələbə olaraq memarlıq ixtisası üzrə təhsil alır. Bir tələbə rayonun Baş memarı olarsa, Yardımlı rayon İcra hakimiyyətindən gözləntilərimiz bundan artıq olmayacaq”.

Şikayətçi Ümid Tv Azərbaycan kanalından bu müraciətini ictimailəşdirməyi və ona bu qanuni məsələdə köməklik göstərməklə səsini ölkə prezidentinə çatdırılmasını xahiş edir.

Ümid Tv Azərbaycan kanalı olaraq şikayətçinin bizə təqdim etdiyi sənədləri araşdırarkan məlum oldu ki, tikintiyə icazə almaq üçün şikayətçi lazım olan bütün sənədləri qanuna uyğun şəkildə rayon icra hakimiyyətinə təqdim edib. 6 ay müddətində şikayətçinin müraciətinin müsbət həll olunmaması, artıq şikayətçinin iddia etdiyi ittihamlarda haqlı olduğunu sübut edir.

İxa.az bildirir ki, ali təhsili olmayan Yardımlı rayon icra hakimiyyətinin baş memarı, şikayətçidən ilk önçə nə qədər rüşvət almasını və rayonda aparılan tikintilərdən. memarlıqdan icra başçısına verilən rüşvət barədə də geniş məlumatlar var.

Xatırladaq ki, şikayətçinin haqlı narazılığını ifadə edən video xəbər görüntülərini xüsusi buraxılışımızda ictimaiyyətə təqdim edəcəyik.

Mövzunu diqqətdə saxlayacağıq.
//Ümid Tv//

Yardımlı icra hakimiyyətində RÜŞVƏT TƏLƏSİ
Yardımlı icra hakimiyyətində RÜŞVƏT TƏLƏSİ
Yardımlı icra hakimiyyətində RÜŞVƏT TƏLƏSİ


Geri qayıt