Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İslahatları oliqarx məmurlar sabotaj edir...
İslahatları oliqarx məmurlar sabotaj edir...31-08-2020, 11:53 |
“Dövlət başçısı İlham Əliyevin iqtisadi liberallığı və azad rəqabətin inkişaf etdirilməsi istiqamətində verdiyi açıqlamaların reallaşdırılması ölkədə bu sahədəki inkişafa, eləcə də kiçik və orta sahibkarlığa töhfə ola bilər”. Cebhe.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, pandemiya şəraitində onlayn ticarətin inkişafı, bundan bir çox vətəndaşların qazanc əldə etməsi, hökuməti hərəkətə gətirdi: “Nazirlər Kabinetinin onlayn ticarətdə gömrük rüsumlarını tətbiq etməsi, bu ticarətə kvota qoyması, gətirilən malların həcminin 300 dollara endirilməsi birbaşa ölkə iqtisadiyyatına zərbə və oliqarxiyanın maraqlarına xidmət etməklə, xalqın iqtidardan narazılığının formalaşmasına yönələn qərardır. Nə var, nə var ki, onlayn ticarətdə aztəminatlı təbəqə yararlanır. Bunun da qarşısı alınırsa,bu, birbaşa xalqa qarşı gəlməkdir. Bu qərarın ləğvi mütləqdir. Guya bu, daxili istehsalın stimullaşdırılmasına xidmət edir və xarici valyutanın xaricə çıxmasının qarşısını alır. Birincisi, Azərbaycanda daxili istehsalat yoxdur, adi corabı xaricdən idxal edirik. İkincisi, özünüz xarici valyutanı iri bağlamlarda təyyarələrin yük yerində xaricə göndərməsəniz, xaricə külli miqdarda valyuta çıxmaz. Görünən odur ki, iqtisadi sahədəki müəyyən islahatları hakimiyyət daxilində oliqarx məmurlar sabotaj edir”. Geri qayıt |