Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şok: BDU-dakı iclasda Mehdiyevin toyu lağa qoyuldu
Şok: BDU-dakı iclasda Mehdiyevin toyu lağa qoyuldu14-09-2020, 11:59 |
Bakı Dövlət Universitetində (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının sonuncu iclasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) gülüş obyektinə çevrilib. Reportyor.info-nın əldə etdiyi kadrlarda kafedranın əvəzedici müdiri Vüqar Qaradağlının başçılığı ilə keçirilən onlayn iclasın video görüntülərində, mərhum Ə. Məmmədovun ərəb dili kitabındakı bir dərs vəsaiti üzərində danışılarkən, cümlə içərisində keçən “Elmlər Akademiyası” sözünə kafedranın professoru Aida Qasımova öz istehzalı iradını bildirir. “Elmlər Akademiyasının adını çəkməyin ! Bu iclasda Elmlər Akademiyasının yeri yoxdur! Ələsgər müəllimin kitabından, “Elmlər Akademiyası” sözünü çıxartmaq lazımdır, deyir. Növbəti kinayəli söz isə kafedranın müəllimi Mais Ağaverdiyevdən gəlir, “Elmlər Akademiyası” deməyin “toyxana” deyin! İstehzalı gülüş səsləri iclası bürüyür. Videonu izlərkən, bu qədər qısa zaman ərzində, ərəb kafedrasının iclasının, ATV nin şou biznesin proqramlarına bənzəməsi görəsən Atv-nin keçmiş prezidenti Vüqar Qaradağlının sayəsində baş tutmuşdur yoxsa kafedra əvvəldən elə belə mizah anlayışlı zarafat sevən müəllimlərlə elmi mühit yaratmışdı, sualı maraq doğurur. Hər iki halda yaxşı hal deyil. Elmlər Akademiyasında həqiqi ziyalı, vicdanlı, dürüst alimlərimiz, professorlarımız, akademiklərimiz, elm xadimlərimiz var. Məlum “toy” hadisələrinə görə, dövlətin elm ocağını “Toyxana” adlandırıb bunu bir kafedra iclasında gülüş obyektinə çevirmək nə qədər düzgündür? Hörmətli oxucular, məlum video sujeti sizə təqdim edirik: Geri qayıt |