Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Sən VƏTƏN ÜÇÜN NƏ ETMİSƏN?

Sən VƏTƏN ÜÇÜN NƏ ETMİSƏN?


14-10-2020, 10:06
Sən VƏTƏN ÜÇÜN NƏ ETMİSƏN?
DİA.AZ: - "Sən VƏTƏN ÜÇÜN NƏ ETMİSƏN?" DİA.AZ bildirir ki, bu sualı sosial şəbəkə istifadəçiləri Azərbaycan Dəmir Yollarının rəhbəri Cavid Qurbanova ünvanlayıblar.

Qeyd edək ki, 27 sentyabr tarixindən etibarən ölkəmizin əks-hücumları boyunca ayrı-ayrı vətəndaşlarımız, tanınmış simalarımız, məmurlarımız (bəziləri -red.,) hətta xarici ölkələrdə yaşayanlarımız belə Milli Ordumuza öz dəstəklərini nümayiş etdirirlər. Amma bu əsnada susanlar, ortalıqda görünməyənlər var ki, onlardan biri də ölkəmizin baş dəmiryolçusu Cavid Qurbanovdur. Hansı ki əslən Kəlbəcər rayonundandır.

Sosial şəbəkələrdə son günlərdə başlanan etirazların hədəflərindən biri olan Cavid Qurbanova "Sən VƏTƏN ÜÇÜN NƏ ETMİSƏN?" deyə sual edən narazılar baş dəmiryolçunun susqunluğunu, ordumuza dəstək aksiyalardan kənar qalmasını sakit qarşılaya bilmədiklərini nümayiş etdirirlər.

Qeyd edək ki, Cavid Qurbanov olduqca böyük imkanlara malik oliqarx-məmurlarımızdandır. Hətta onun bu günlərdə açıqlanan sərvət siyahısından da görmək olar ki, baş dəmiryolçumuz öz şəxsi imkanları hesabına böyük bir ordunu belə maliyyələşdirmə iqtidarındadır.

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt