Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bakı Nəqliyyat Agentliyi yenə də narazılıq yaradır...
Bakı Nəqliyyat Agentliyi yenə də narazılıq yaradır...20-10-2020, 09:51 |
DİA.AZ: - "Bakı Nəqliyyat Agentliyindən şikayətim var. Bu qurum, görəsən, nə zaman insanları düşünəcək? Mən müəlliməm, müxtəlif yerlərə gedib dərs keçirəm, M8, M9, m10 avtobusları yarananda çox sevindik, nəhayət, xalqı düşündülər dedim!" DİA.AZ bildirir ki, bu sözləri Bakı sakini Rəhimə Mürvətova yazır. Narazı vətəndaş daha sonra bildirir: "Bakı ətrafı qəsəbələrdə yaşayanlar məni çox gözəl anlayar ki, metronun "Nərimanov", "Gənclik" stansiyaları olan ərazilərdən ora birbaşa avtobusun açılması bizim üçün tam bir cənnət idi. Mənim şagirdlərim onunla gəlirdilər, mən onunla gedirdim. Qeyd edim ki, avtobus açıldı deyə bu yerlərə valideynlər razılıq verdilər. Metroda işləmir. Biz nə edək indi? Saatlarla küçələrdə qalaq? Niyə insanların ümidləri ilə oynayırsınız, 2 ay avtobus açıb niyə bağlayırsınız? Nə səbəbə bağladılar, zəhmət olmasa, agentlik açıqlama versin. İşləri paramparça qalmış nə qədər insan var. Hamımız 5 qepik çörəkpulunu qazanmaq üçün çabalayırıq. M9, m10 bağlamaq əvəzinə məsafəni uzada bilərdilər, məsələn, m10 Mərdəkanda saxlamaq əvəzinə Şevəlana Ziyarətə qədər getsəydi, nə qədər adam minərdi? Umumilikdə, universitetlər açıq olsa, o avtobusda adam əlindən tərpənmək də olmaz". dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |