Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ziya Məmmədov döyüşmək istəyir: "Ön cəbhəyə yollanmağa hazıram"

Ziya Məmmədov döyüşmək istəyir: "Ön cəbhəyə yollanmağa hazıram"


3-11-2020, 08:47
Ziya Məmmədov döyüşmək istəyir: "Ön cəbhəyə yollanmağa hazıram"
Sabiq nəqliyyat naziri Ziya Məmmədov “Yeni Müsavat” qəzetinə müsahibə verib. Ziya Məmmədov 1 aydan artıqdır davam edən Vətən müharibəsi ilə bağlı sullarımızı cavabladırıb, baş verən proseslərlə bağlı fikirlərini bölüşüb.

Həmin müsahibəni təqdim edirik:

- Ziya müəllim, artıq 1 aydan çoxdur ki, Azərbaycan Vətən müharibəsi aparır. Ordumuz işçğal altında olan torpaqlarımızı azad edir. Şəhidlərimiz var, mülki insanlar arasında itkilər vermişik. Uzun illərdir gözlədiyimiz, xəyalını qurduğumuz qələbə günlərini yaşayırıq...

- Mən ilk olaraq Allahdan şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını diləyirəm. Vətən müharibəsində dünyasını dəyişən mülki əhalimizə də Allahdan rəhmət diləyirəm. Yaxınlarının, ailələrinin başı sağ olsun. Ümid ediəm ki, ən qısa zamanda Ali Baş Komandanın rəhbərliyi altında bu qələbə təmin olunacaq, Azərbaycan Ordusu, Azərbaycan xalqı zəfər çalacaq.

Vətən müahribəsi dövründə evi dağılanlar, yararsız vəziyyətə düşənlər cənab Prezidentin rəhbərliyi altında yeni mənzillərinə, yeni ocaqlarına qovuşacaqlar.

Düşmən kəmfürsətdir, ağılları özündə deyil. Onlar nə etdiklərini anlamır və uzun illər özgə torpağında ağalıq etmək niyyətində olublar. Buna da şükürlər olsun ki, dövlət başçımız, ordumuz və xalqımız sayəsində son qoyulur. Rəşadətli Azərbaycan Ordusu saatbasaat, günbəgün irəliləyir, torpaqlarımızı işğaldan azad edir, Azərbaycanın ərazi bütövlüyünü təmin edir.

İndi Azərbaycan xalqı, Azərbaycan dövləti birdir. Bir Azərbaycan vətəndaşı kimi mən də bu işlərin, bu problemlərin içindəyəm. Əlimdən gələni əsirgəmirəm və daima xalqımızın yanındayam. Lazım olsa vuruşmağa, əlimdən gələni etməyə hazıram.

- Hərbi xidmətdə olmusunuz? Hərbi rütbəniz nədir?

- Mən hərbi xidmətdə olmuşam. Özüm də artilleriya batareyasında xidmət etmişəm. Minaatan olmuşam. İndi də əsasən artilleriya döyüşləri gedir. Müəyyən döyüş tapşırıqları barədə məlumatlıyam. Lazım gələrsə, ön cəbhəyə yollanmağa hazıram.

- Xalqın yanında olduğunuzu dediniz. Ayrı-ayrı şəxslər, imkanlı adamlar, tanınmışlar, siravi insanlar Silahlı Qüvvələrə Yardım Fonduna, şəhid ailələrinə dəstək olurlar. Yəqin ki, siz də bu addımı atmısınız...

- Əlbəttə ki, biz də bu məsələyə biganə qalmamışıq və qala da bilməzdik. Həm işlədiyim müddətdə, həm indiki bu müharibə başlamadan öncə də ordumuza dəstəyimi göstərmişəm. Elə bu gün də edirəm. Cəbhəyə gedən əsgərlərimizin ailələrinə də müəyyən formada dəstək oluram və olacam da.

- Vətən müharibəsi başlayandan belə fikir işlədilir ki, Prezident İlham Əliyev bu müharibəyə çoxdan hazırlaşıb. Həm Azərbaycan Ordusunu gücləndirmək, həm diplomatik, həm də xalqla iqtidarın yaxınlaşdırılması istiqamətində ciddi işlər görüb. Siz də yaxın illərə qədər hökumətin ən nüfuzlu nazirlərindən biri olmusunuz. Vəzifədə olduğunuz illərdə müharibə hazırlıqlarını müşahidə edirdiniz?

- İlk növbədə anlamaq lazımdır ki, hər bir müstəqil ölkə öz ordusunu qurur, möhkəmləndirir. Və zaman keçdikcə də bu ordu təkmilləşməyə doğru inkişaf edir. Bu, dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Ona görə də bunu birmənalı olaraq “Azərbaycan bugünkü müharibəyə hazırlaşırdı” fikri kimi təqdim etmək olmaz. Çünki xaricdə, beynəlxalq təşkilatlarda olan bəzi ermənipərəstlər bu cür fikirləri “Azərbaycan xüsusi olaraq müharibəyə hazırlaşıb və fikri sadəcə müharibə etmək idi” kimi təqdim edirlər. Amma anlamaq lazımdır ki, hər bir müstəqil dövlət öz ordusunu qurur, möhkəmləndirir və ölkəsinin müdafiəsində ordusunun gücündən istifadə edir. Ordunun missiyası torpağın təhlükəsizliyini təmin etməkdir ki, həmin dövlətdə yaşayan xalqın əmin-amanlığı da təmin olunsun.

- Bəli, elə biz də onu deyirik ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində işlər görülürdü. Amma sizin məsələyə yanaşmanız da maraqlıdır.

- Bəli. Ali Baş Komandan bütün çıxışlarında deyir ki, bizim başqa bir ölkənin torpaqlarına müdaxilə etmək niyyətimiz yoxdur. Cənab Prezident dəfələrlə deyib ki, Ermənistan ərazisinə hərbi müdaxilə etmək kimi bir planımız heç bir zaman olmayıb və olmayacaq da. Ermənilər xəstə millətdir. Bunlar ana bətnində də uşağa öyrədirlər ki, türk sənin düşmənindir. Belə bir psixoloji durumda tərbiyyə alan şəxsin indiki durumu necə olacaq?

Mən erməni əsirlərin danışıqlarına baxıram. Onların dediklərinin hamısı yalandır. Onlar məcburiyyət qarşısında qalıb özlərini xoş göstərirlər. Biz bunları tanıyırıq. İllərlə bunlarla birlikdə yaşamışıq, oxumuşuq və xislətlərini görmüşük. Onlara heç humanist yanaşmaq da düşmür. Bizə qarşı necədirlərsə, elə də olmalıyıq. Allah Qurani-Kərimdə biz insanlara bunu çatdırır ki, sizə qarşı vuruşanla vuruşun. Biz müharibə etmirik və bizə qarşı vuruşanla vuruşuruq. Biz vətənimizin təhlükəsizliyini, bir milyona yaxın qaçqın və məcburi köçkünümüzün dədə-baba torpaqlarına qayıtması üçün vuruşuruq. Cənab Prezident alman jurnalistə yaxşı dedi ki, sənin torpağını işğal etsələr dözərsən? Buna heç kim dözməz axı. İndi də bizə fürsət düşüb və torpaqlarımızı azad edirik.

- Sizcə, niyə indi fürsət yarandı?

- Dünya dəyişir və dünyada yeni reallıqlar yaranır. İkincisi də ki, bu fürsəti Paşinyanın özü, onun rəhbərlik etdiyi hökumət yaratdı. Bütün bunlar Paşinyanın cinayətkar fəaliyyətinin nəticəsində baş verdi. Çünki o, xuliqan bir hökumət yaratmışdı. Bu məsələ sülh yolu ilə də həll oluna bilərdi. Bunun üçün məqamlar da yaranmışdı. Amma Paşinyan və Ermənistan hakimiyyəti sülh istəmədi.

- İndiki prosesin sonunu necə görürsünüz? Sizcə, müharibə nə qədər davam edəcək? Azərbaycanın qələbəsini qısa zamanda gözləyirsizmi?

- Mən şübhəsiz ki, qələbəni yaxında görürəm. Burada bir məsələ var. Siyasi qüvvələr ədaləti sona qədər dəstəkləsələr, tezliklə Azərbaycan Ordusu ədalətli zəfər çalacaq.

- Siyasi qüvvələr deyəndə xarici siyasi qüvvələri nəzərdə tutursunuz yəqin...

- Əlbəttə xarici siyasi qüvvələr. Azərbaycanda daxili siyasi qüvvələr Ali Baş Komandanın ətrafında tam olaraq birləşib. Azərbaycan tarixində, mənim də azdan-çoxdan oxuduğum, bildiyim, gördüyüm, eşitdiyim məlumatları əsas tutaraq deyirəm ki, Azərbaycan xalqı tarixin heç bir dövründə ölkə başçısının ətrafında bu cür birləşməyib. Xalq indi vahid yumruğa çevrilib. Ona görə də biz bu gün güclüyük. Çünki biz Allah rızası üçün vuruşuruq.

- Bu savaşda Azərbaycana xairici dəstəyi necə qiymətləndirirsiniz?

- Başda Türkiyə olmaqla, Azərbaycana dəstək verən bütün ölkələr sağ olsun. Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin çox ədalətli mövqeyi də bizim zəfərin təmin olunmasında öz sözünü deyəcək. Bizi istəyən digər dövlətlərə - Pakistana, Gürcüstana, Ukraynaya, İsrailə təşəkkür edirəm. Kim bizi, ədaləti dəstəkləyir, ədalətə çağırış edirsə, sağ olsun.

Geri qayıt