Əsas Səhifə > Güney Press, Reklam > "Azercell" Şuşada ilk 4G şəbəkəsini qurub

"Azercell" Şuşada ilk 4G şəbəkəsini qurub


12-11-2020, 15:10
"Azercell" Şuşada ilk 4G şəbəkəsini qurub
Azərbaycanın mobil rabitə operatoru olan “Azercell Telekom” şirkəti Şuşada ilk 4G şəbəkəsi fəaliyyətə başlayıb.

DİA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu yeni tarix yazmağı bacardı, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımız bizə geri qayıtdı. İndi Azərbaycanın döyünən ürəyi sayılan Şuşadan 28 illik həsrətdən sonra vətəndaşlarımız, hazırda orada olan əsgərlərimiz yaxınları ilə əlaqə saxlaya, həmçinin ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətlərindən istifadə edə bilirlər.

Xatırladaq ki, hərbi əməliyyatların başladığı gündən etibarən işğaldan azad edilən bölgələrimizdə ilk olaraq "Azercell"in mobil şəbəkəsi fəaliyyət göstərməyə başlayıb. "Azercell"in bu doğma ərazilərdə quraşdırdığı radio baza stansiyaları LTE texnologiyasına aiddir.

"Şirkət işğaldan azad edilmiş bütün tarixi ərazilərimizi sürətli şəkildə müasir mobil şəbəkə ilə əhatə etməyi, eləcə də tezliklə öz evlərinə qayıdacaq həmvətənlərimizi fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyi qarşısına məqsəd qoyub. "Azercell"in Qarabağ və ətraf bölgələrdə qurmağa başladığı texniki infrastruktur və LTE şəbəkəsi bu ərazilərin sürətli inkişafına təkan verəcək. "Azercell" Azərbaycanda heç bir ərazini bağlantısız qoymayacaq”, - deyə şirkətdən bildirilib.

Geri qayıt