Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Azərbaycan Təmiz Texnologiyaları” MMC şəriki erməni olan rəqibindən fəryad edir...
“Azərbaycan Təmiz Texnologiyaları” MMC şəriki erməni olan rəqibindən fəryad edir...18-11-2020, 09:55 |
“Azərbaycan Təmiz Texnologiyaları” MMC üzləşdiyi qanun pozuntuları ilə bağlı hüquq-mühafizə orqanlarına göndərilmiş məktubun surətini eyni zamanda Moderator.az-a da ünvanlayıb. Məktubda deyilir: "“Azərbaycan Təmiz Texnologiyaları” MMC 20 ilə yaxın müddətdir ki, Xəzər dənizi hövzəsində fəaliyyət göstərən gəmilərə tullantıların utilizasiyası xidmətlərini göstərir. Bu xidmətlərin göstərilməsi ilə bağlı müəssisəmiz Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş icazələrə, ekoloji pasporta, ixtisaslaşmış qurğu və texnikaya, ixtisaslı texniki heyətə malikdir. Hazırda bizim şirkətdə səksən nəfərə yaxın ixtisaslı işçi çalışır. Gəmilərdən götürülən plastik, kağız-karton, qida tulantıları və qarışıq tullantılar müayinə olunur və tullantıların idarə olunması plana uyğun olaraq “Təmiz şəhər” ASC ilə bağlanılmış müqavilə əsasında təhvil verilir. Məişət tullantıları Balaxanı Bərk Məişət tullantıları zavodunda utilizasiya olunur. Metal tullantıları “BAKU STEEL COMPANY” müəssisəsinə təhvil verilir. Təhlükəli tullantılar, o cümlədən yağlar və neftli sulardan götürülmüş nümunələr “Azərbaycan Təmiz Texnologiyaları” MMC-nin laboratoriyasında analiz olunduqdan sonra müəssisənin təmizləyici qurğularında xüsusi texnologiya əsasında təmizlənir. Yağlı əskilər, neft qalıqları, tikinti materialları qalıqları tullantıları, elektronik tullantılar “HV Ekoservis”MMC-yə təhvil verilir. “Azərbaycan Təmiz Texnologiyaları” MMC fəaliyyətə başladığı ilk gündən Xəzər dənizi hövzəsində fəaliyyət göstərən “BUE CASPİAN” Şirkəti ilə bağlanılmış müqavilə əsasında həmin müəssisəyə məxsus döşəməaltı suların, məişət tullantılarının və digər tullantıların utilizasiyasını həyata keçirir. Hazırda bizim şirkətlər arasında 2020-ci ilin sonunadək xidmətlərin göstərilməsinə dair müqavilə mövcuddur. Buna baxmayaraq “SOCAR” Şirkətinin vəzifəli şəxsləri “BUE CASPİAN” Şirkətində utilizasiya xidmətlərinin göstərilməsinə dair “tender” keçirmişlər. Tenderlərin keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmadan, yəni tenderdə iştirak edən müəssisələrə məlumat verilmədən əsassız qərar qəbul edilmişdir. Sonradan məlum olmuşdur ki, həmin “tender”də “AZLOGİSTİKA AND MANAGEMENT SERVİCES” MMC qalib hesab olunmuşdur. Həmin şirkətin “tender”ə verdiyi qiymətlər araşdırılarkən müəyyən olunmuşdur ki, bu qiymətlər xidmətin göstərilməsi xüsusiyyətlərindən asılı olmadan, qanunvericilikdə müəyyən tələblərə əməl edilməsinə və ekoloji standartlara məhəl qoyulmadan yalnız “Azərbaycan Təmiz Texnologiyaları” MMC-ni sıxışdıraraq çıxarmaq üçün verilmişdir. Verilən bu təkliflərlə göstərilən xidmətlərin icra olunması mümkün deyil. Əsas xidmət sahələri üzrə verilən utilizasiya qiymətləri dövlət poliqonlarının tələb etdiyi qiymətlərdən qat-qat aşağıdır və bu tullantıların həmin poliqonlara təhvil verilməsini istisna edir. Həmin “tender”də “AZLOGİSTİKA AND MANAGEMENT SERVİCES” MMC-nin qalib gəlməsi elan olunsa da, hazırda gəmilərin yuyulması işləri “SOCAR CAPE” MMC tərəfindən yerinə yetirilir. Bu Müəssisənin Müşahidə Şurasının üzvləri “SOCAR” Şirkətinin rəhbər şəxsləri və ya onların yaxın qohumlarıdır. (Vaqif Əliyev, Fuad Kərimov, Bəhruz Qurbanov, Aleksandr Qalkin) Bu əməliyyatları idarə edən “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəisi Rauf Vəliyev və “AAS-ATE” MMC-nin rəhbəri, milliyətcə erməni olan Arnold Korlov adlı şəxsdir. Bu şəxslərə məxsus müəssisələr arasında görülmüş işlərin və göstərilmiş xidmətlərin həcmi və qiymətləri şişirdilməklə saxta sənədlər tərtib olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1 maddəsinin tələbləri pozulmaqla işlərin görülməsinə dair müqavilələr bağlanılmış və Azərbaycan Respublikası CM-nin 201-1-1 və 308-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri törədilməklə xüsusilə külli miqdarda pul vəsaitləri mənimsənilmişdir. Bunda başqa “AZLOGİSTİKA AND MANAGEMENT SERVİCES” MMC-də neftli suların tərkibinin yoxlanılmasını təmin edən laboratoriya və təmizlənməsi üçün təmizləyici qurğu yoxdur. Nəticədə gəmilərdən qəbul edilən neftli sular Sahil qəsəbəsində həmin müəssisənin bazasının yaxınlığındakı torpaq sahələrinə axıdılmaqla böyük bir torpaq sahəsi yararsız hala salınmışdır. Azərbaycan Respublikası CM-nin 248.250 və 254-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə məktublar göndərilməsinə baxmayaraq yol verilmiş cinayət əməlləri ört-basdır olunmuşdur. Göstərilənləri nəzərə alaraq “SOCAR” Şirkətinin vəzifəli şəxsləri tərəfindən “BUE CASPİAN” Şirkətində ulitizasiya xidmətlərinin göstərilməsi zamanı yol verilmiş qanun pozuntularının və törədilmiş cinayət əməllərinin araşdırlması barədə göstəriş verməyinizi xahiş edirəm". Səfər Əlirzayev, "ATT" MMC-nin təsisçisi Geri qayıt |