Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Vətəndaş ötür-ötür oyununda...
Vətəndaş ötür-ötür oyununda...26-11-2020, 09:58 |
DİA.AZ: - Mingəçevir sakini Arzu Musayev bu ilin may ayında İpoteka ilə mənzil alıb. O, mənzilin əvvəlki sahibinin dövründə qeydiyyatda olan bir nəfərin qeydiyyatdan çıxarılması ilə bağlı Mingəçevir şəhər Məhkəməsinə müraciət edib. Mingəçevir şəhər Məhkəməsi işi icraata götürüb və ilk məhkəmənin ikinci iclasında bu işin onun səlahiyyətində olmadığını bildirib. Məhkəmə iddiaçıya Şəki İnzibati Məhkəməsinə müraciət etməsi ilə bağlı qərar çıxardıb. DİA.AZ xəbər verir ki, Arzu Musayev Şəki İnzibati Məhkəməsinə müraciət edib. Şəki İnzibati Məhkəməsi isə öz növbəsində Arzu Musayevə yazılı cavab göndərib ki, iddia ərizəsinin yazılmasında xətalara yol verilib. Belə ki, birincisi, cavabdeh tərəf qeydiyyatda olan şəxs deyil, müvafiq rayon/şəhərin polis şöbəsi göstərilməlidir, inicisi isə bu cür işlərə inzibati məhkəmədə deyil, ümumi məhkəmədə baxılmalıdır. Geri qayıt |