Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nə baş verir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nə baş verir?


26-11-2020, 10:02
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nə baş verir?
2020 ci ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev və Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev birgə qərara imza atmaqla , işçilərin işdən azad olunmasının yol verilməz olduğunu, , məsələyə həssas yanaşmalarını idarə-müəssisə rəhbərlərinin nəzərinə çatdırdılar. Qərar əhalinin mənafeyinə göstərilən diqqət və qayğı kimi birmənalı olaraq müsbət qarşılandı. Lakin, bir ay belə keçməmiş başqa bir mənzərənin şahidi olduq. Gənc. iki uşaq anası,ali təhsilli, dövlət qulluğuna test imtahanlarından uğurla keçib işləmək üçün sertifikatla Məşğulluq Xidmətinin Xəzər rayon mərkəzində işə qəbul edilir. Cəmi 8(səkkiz) ay qüsursuz işləyən Afaq Mirzəyeva bu ilin aprel ayında ƏƏSMN-nin Məşğulluq Xidmətinə dəvət olunaraq Publik Hüquqi Şəxs sisteminə keçidlə bağlı müvəqqəti olaraq işdən azad olunduğunu , bir ay müddətində yenidən işinin icrasına davam edəcəyini bildiriblər. Aprel ayından bu günə kimi olunan bütün rəsmi müraciətlər cavabsız qalmaqla A. Mirzəyevanın hüququ pozulmuşdur. Bununla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Xidməti nəinki imza atdığı qərarın icrasına nəzarət etdi, öz qərarına belə hörmət etmədi. Məsələyə geniş aspektdən baxanda bu bir nəfərin fərdi məsələsi deyil.Gənc kadrlara etinasız və ədalətsiz münasibət , onların dövlət orqanlarına , mənsub olduqları Yeni Azərbaycan Partiyasına güvənini zədələyir.Dövlət idarəçiliyinə xələl gətirir. Xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinə kölgə salır.
//anaxeber.info//
Geri qayıt