Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda...

İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda...


28-11-2020, 09:59
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda...
DİA.AZ: - Kürdəmir şəhər, Aran qəsəbəsində yaşayan Cəfər Ramiz oğlu Cəfərov şəhərdə fəaliyyət göstərən Şadlıq Evlərindən birində videokamera vəzifəsində işləyirdi. Cəfər Cəfərovun ailəsi 3 azyaşlı övladı olmaqla, 5 nəfərdən ibarətdir.

DİA.AZ-ın məlumatına görə, o, pandemiya dövrü ilə əlaqədar neçə müddətdir ki, işsizdir və ailəsini dolandıra bilmir. Cəfər Cəfərov 190 manat birdəfəlik ödəmə almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az saytına onlayn müraciət edib, ancaq ona imtina cavabı gəlib. İmtinanın səbəbi kimi “aktiv məşğulluq” qeyd olunub, halbuki Cəfər Cəfərovun rəsmi iş yeri yoxdur.

Bununla bağlı, o, Kürdəmir rayon Məşğulluq Mərkəzinə şikayət etsə də, ona heç bir köməklik olunmayıb.

Geri qayıt