Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Sahil müəllim, biz tərəfə də bax..."
"Sahil müəllim, biz tərəfə də bax..."8-12-2020, 10:19 |
Son günlər Şəki şəhərində COVİD 19-un sürətlə yayılması ilə əlaqədar, Operativ Qərargahın qərarıyla sərtləşdirilmiş xüsusi karantin rejimi davam etməkdədir. Şəhər rəhbərliyinin qərarı ilə ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün obyeklər bağlanıb. DİA.AZ xəbər verir ki, bağlanan obyektlərə mərkəzi kolxoz bazarı, tikinti materialları dükanları, avtomobil ehtiyyat hissələri dükanları, avtomobil yuma, avtomobil təmiri sexləri, dəmirçi sexləri, dülgərlər, pinəçilər, geyim mağazaları, bərbərlər, gözəllik salonları, çayxanalar, restoran və kafelər aiddir. Şəhərdə obyektlərin bağlanması, minlərlə ailənin pulsuz və çörəksiz qalmasına səbəb olub. Adı çəkilən obyekt işçiləri və ya sahiblərinə isə bu müddətdə heç bir kompensasiya və yaxud müavinət ayrılmayıb. Bu barədə, onlarla zərərçəkmiş insanlar məlumat versələr də, onlar adlarının çəkilməsini istəmirlər. Çünki adları çəkiləcəyi təqdirdə, yerli icra qurumlarının qanunsuz hədələrindən çəkindiklərini bildiriblər. Sahibkarlar dia-az.life vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə xitab edirlər: "Sahil müəllim, biz tərəfə də bax... Allah canınızı sağ eləsin, karantin elan etmisiniz... Amma biz balalarımıza nə yedirək?" İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |