Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Kənan Məmmədov Sizin adınızı ləkələməklə məşğuldur..."
"Kənan Məmmədov Sizin adınızı ləkələməklə məşğuldur..."9-12-2020, 08:55 |
Prezidentin dəfələrlə verdiyi tapşırıqlara rəğmən Azərbaycanda sahibkarlar incidilir. Xüsusən də gömrükdə. “Fitolek Azeerbaijan” MMC rəhbrliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti ,cənab İlham Əliyevə Ünvanlanmış şikayət ərizəsini olduğu kimi təqdim edirik: “Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan, Azərbaycan xalqının sevimlisi, ata vəsiyyətini layiqincə yerinə yetirən İlham Əliyev cənabları Sizin apardığınız siyasəti və iqtisadi inkişafı dəstəkləyir və 27 ildən çox işğalda olan torpaqlarımızın azad olunması yolunda göstərdiyiniz dəmir iradə və xalqımıza verdiyiniz ruh yüksəkliyinə görə minnətdarlığımı bildirirəm. Müzəffər Ali Baş Komandan kimi üzərimizdən uzun illik tarixi ləkəni götürdünüz, adınızı xalqın ürəyinə və Azərbaycan tarixinə silinməz qızıl hərflərlə yazdınız. Cənab Prezident, Şikayətim BBGİ nin rəisi Kənan Məmmədovdandır. Kənan Məmmədov Sizin adınızı ləkələməklə məşğuldur. Belə ki, qeyri qanuni rüsumların alınmasını Sizin adınızla hallandırır.Görüş zamanı “Prezident belə sərəncam verib” deyir. “Fitolek Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına Polşa Respublikasının “Polski lek” əczaşılıq şirkətinin istehsalı olan invoys dəyəri 25831.26(iyirmi beş min səkkiz yüz otuz bir EURO, iyirmi altı sent)EUROolan “Bioloji fəallığa malik qida əlavələri” idxal edilmişdir. Adı çəkilən məhsulların rəsmiləşdirilməsi zamanı onlayn qaydada gömrük bəyannaməsi (01201000345532 sorğu № - li) tərtib olunaraq Bakı Baş Gömrük İdarəsinə təqdim olunmuşdur. Yükün dəyəri gömrük əməkdaşları tərəfindən qəbul edilməmiş və idxal olunan məhsulların onların istədiyi qiymətlə rəsmiləşdiriliməsini tələb etmişlər. İdxal olunan malların ümumi dəyəri 25831.26 EUROvə daşınma xərci 2600 EURO olduğu halda, buna müvafiq olaraq gömrük rəsmiləşdirməsi üçün rüsum 21165.91 AZN (iyirmi bir min yüz altmış beş manat, doxsan bir qəpik) olduğu halda əlavə olaraq 80000 AZN dəyərində rüşvət tələb edilir. Bakı Baş Gömrük İdarəsinin inspektoru Anar Həsənov tərəfindən maya dəyəri 0.61 EURO olan mal 4.65 USD, və maya dəyəri 4.8 EURO olan mal 25.0 USD qiymətlə rəsmiləşdirilməsi tələb edilir.Səbəbi soruşduqda heç bir aydınlıq gətirməyərək ona yuxarı instansiyalardan belə göstəriş verildiyini bildirdi. Şirkət topdansatış fəaliyyəti ilə fəaliyyət göstərir və müştərilərə qiymətləri qanun daxilində olan xərcləri nəzərə almaqla malları təklif edir və ölkəyə idxal edir. BBGİ nin qanundankənar rüsum tətbiq etməsi bizim alıcılar qarşısında öhdəliyimizi yerinə yetirməyə mane olur. Bu isə Sizin dəfələrlə sahibkarlara dəstək göstərdiyiniz halda,məmurların əməlləri Sizin dəstəyinizə ümid edən sahibkarların müflis olamsına gətirib çıxarır, Cəmiyyətimizin gələcək fəaliyyətini sual altında qoyur. Etdikləri bu özbaşnalığa izahat verməkdən boyun qaçıran BBGİ nin əməkdaşları “get kimə şikayət edirsən et” cavabı verirlər. BBGİ nin sədri təxribat xarakterli məlumat yaymaqla məşğuldur. Heç bir qanuni əsas gətirə bilmədikdə son yolu “Prezidentin göstərişidir” deməkdə görürlər. Siz sahibkarların və vətəndaşların yaxın dostusunuz və qanundankənar sərəncam verməyəcəyinizi bütün vətəndaşlar bilir. Yuxarı instansiya kimi Döpvlət Gömrük Kömitəsinə müraciət zamanı icraçılar müxtəlif bəhanələrlə əsaslandırılmamış cavablar verərək sahibkarları ələ salırlar. Oradan da “gedin hara istəyirsiniz şikayət edin” cavabını verirlər. Son ümid yerimiz olaraq Sizə müraciət etmək məcburiyyətində qalıram. Cənab Prezident, İdxal olunmuş malların maya dəyərindən 4-8 dəfə, ödəməli olduğumuz ğömrük rüsumundan isə 5 dəfə artıq rüsumun tələb olunması səbəbini heç bir gömrük idarəsi izah etmək istəmir. Belə ki idxal edilən malların bazarda pərakəndə satış qiymətini əsas götürərək gömrük rüsumunun hesablanması qeyri qanunidir. Çünki gömrük rəsmiləşdirilməsindən sonra məhsulların satış qiymətindən asılı olaraq sahibkarlar vergi ödəyirlər. Bu vaxtadək idxal etdiyimiz məhsulların müşayiət edici sənədlərində heç bir qeyri-müəyyənlik olmadığı üçün Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirilməsi zamanı bu cür problemlərlə qarşılaşmamışıq. İndiki halda bu cür münasibət və əsassız olaraq tələb olunan artıq rüsum bizdə təəccüb yaradır. Sizin göstərişinizə əsasən pandemiya dövründə sahibkarlara yardım edilməli olduğu halda gömrük orqanlarının bu qanunsuz əməlləri narazılıqlara səbəb olur. Gömrük Məcəlləsinin 160.1 ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi yük haqqında olan bütün sənədlər bu orqana təqdim olunduqdan sonra 2(iki) iş günündən gec olmayaraq həyata keçirilməlidir. Bakı Baş Gömrük İdarəsinin qanunsuz hərəkəti sayəsində hal hazırda gətirilmiş yükü rəsmiləşdirə bilmirik. Əsassız olaraq tələb olunan əlavə gömrük və vergi rüsumu, nəqliyyat vasitəsinin həddindən artıq gömrük dayanacağında saxlanılmasına görə xərclər məhsulun maya dəyərinin çox yüksəlməsinə səbəb olur ki nəticədə də sahibkarların fəaliyyətinə mənfi təsir göstərir. Sadalananları nəzərə alaraq və gömrük qanunvericiliyinə əsaslanaraq, “Fitolek Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına Polşa Respublikasından idxal olunan yükün (01201000345532 sorğu № - li gömrük bəyannaməsi) rəsmiləşdirilməsi zamanı Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi və əməkdaşları tərəfindən yol verilən nöqsanların aradan qaldırılmasını və malların qanuni müqavilə və invoys dəyəri ilə rəsmiləşdirilməsi, Cəmiyyətimizə vurulmuş zərərin səbəkarlartərəfindən qarşılanması üçün göstəriş verməyinizi Sizdən xahiş edirik. Hörmətlə, Direktor: İsmayılov Elşad Vaqif oğlu” //azerinfo.az// Geri qayıt |