Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Siraqəddin Cabbarovla bağlı ŞOK İDDİA
Siraqəddin Cabbarovla bağlı ŞOK İDDİA11-12-2020, 15:58 |
Sabirabad rayonu bir neçə kəndindən redaksiyamıza şikayət məktubu daxil olub. Çox ağrılı olanı odur ki, şikayət edənlər şəhid ailələridir. Sabirabadda II Vətən Savaşında şəhid olanların şəhid ailələri Rayon İcra Hakimiyyətinin davranışlarından və üzərlərinə düşən qanuni vəzifələrini icra etməmələrindən narazıdırlar. Rayon sakinləri deyir ki, icra başçısının göstərişi ilə şəhid məzar konpleksləri hazırlanmır. Səbəb isə sadədir, RİH-dən deyirlər ki, dəfn xərcləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti tərəfindən ödənilib. Bu vəsaitlər də 3 min manat təşkil edir. Əlavə olaraq "Hərbi xidmətdə olma haqqında" qanuna əsasən 11 manat da sığorta ödənişi həyata keçirilir. Lakin "şəhid statusu haqqında" qanunun tələblərinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları olaraq məzarüstü abidənin götürülməsi xərcləri dövlət vəsaiti hesabına ödənilir. Gundeminfo.az-a danışan şəhid ailələri deyir ki, Heydər Əliyev Fondundan şəhid ailələrinə yas mərasimlərinin təşkili üçün 10 min manat yardım edilib. RİH deyirlər ki, əslində bu vəsaitlər onlara şəhidlərin məzarüstü abidlərinin gptürülməsi üçün RİH tərəfindən ödənilib. İddia olunur ki, həmin vəsait RİH tərəfindən idarə rəhbərlərindən toplanıb və sonunda təqdimat olunan zaman Heydər Əliyev Fondu tərəfindən ödənildiyi kimi qeyd edilib. Ona görə də Sabirabad Rayon İcra Hakimiyyəti şəhid məzarları üzərində məzarüstü abidələrin hazırlanması xərclərindən imtina ediblər. Mövzu ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |