Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Atasına qızıldan heykəl qoyduran başçının şübhəli tender ortaqları

Atasına qızıldan heykəl qoyduran başçının şübhəli tender ortaqları


24-12-2020, 12:25
Atasına qızıldan heykəl qoyduran başçının şübhəli tender ortaqları
2020-cu ildə Hacıqabul rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1milyon 146 min 046 manat məbləğində 5 tender keçirilib.

DİA.AZ-ın məlumatına görə, İcra hakimiyyəti 3 tenderə 776 min 206 manat xərcləyib.

Hacıqabul Rayon Icra Hakimiyyətinin keçirdiyi ən böyük tenderi MUĞAN-KİTT ŞİRKƏTİ MMC udub. Bele ki, MUĞAN-KİTT ŞİRKƏTİ MMCdəyəri 445 min 548 manat olan tenderin qalibi olub.

dia-az.life 2020-cu ildə Hacıqabul Rayonunda keçirilən tenderləri təqdim edir.

Atasına qızıldan heykəl qoyduran başçının şübhəli tender ortaqları

DİA.AZ xatırladır ki, atasına qızıldan heykəl qoydurması ilə gündəmə gələn Hacıqabul rayon icra başçısı Rüstəm Xəlilovun populyar tender ortağı - "Muğan-KİTT” MMC-nin adı yerli KİV-də ŞÜBHƏLİ ŞİRKƏT kimi xarakterizə olunmaqdadır.

Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, "Muğan-KİTT” MMC 12 iyul 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 AZN olan MMC-nin hüquqi ünvanı Muğan ŞTQ (Şəhər Tipli Qəsəbə), Muğan qəsəbəsində yerləşir. "Muğan-KİTT”in qanuni təmsilçisi isə Əzizli İlham Əliseyran oğludur.

Açıq mənbələrdə İlham Əzizli barəsində hər hansı məlumat yoxdur.


Geri qayıt