Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bayram Səfərovun vaxtı çatdı:

Bayram Səfərovun vaxtı çatdı:


24-12-2020, 17:30
Bayram Səfərovun vaxtı çatdı:
Azərbaycanın qədim Şuşa şəhərinin işğalçılardan azad olunmasından xeyli zaman keçməsinə baxmayaraq, adıçəkilən rayonun Bakıda oturan rəhbəri Bayram Səfərov hələ də oraya gedə bilməyib.

“Yeni Sabah” xəbər verir ki, mediaya açıqlamasında icra başçısı bunu Şuşa ərazilərinin minalanması ilə əlaqələndirib. Ölkənin ayrı-ayrı dövlət strukturlarının rəhbərləri , jurnalistlər belə Şuşaya gedib.

Ona görə də Bayram Səfərovun bu açıqlaması qeyri-səmimi təəsürrat yaradıb.

Gununsesi.info-nun araşdırması zamanı isə daha ilginc səbəb üzə çıxıb. Məlum olub ki, Bayram Səfərova Şuşaya getmək qadağan edilib. Məlumatda eyni qadağanın Şuşanı Milli Məclisdə təmsil edən deputat Tural Gəncəliyevə də şamil edildiyi bildirilir. Yaxın günlərdə Bayram Səfərovun Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunacağı da deyilir.

Geri qayıt