Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İmişlidə başçı dəyişsə də, tender oyunbazlığı davam edir...
İmişlidə başçı dəyişsə də, tender oyunbazlığı davam edir...6-01-2021, 11:51 |
2020-cu ildə İmişli rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 898 min 579 manat məbləğində 9 tender keçirilib. dia-az.life-ın məlumatına görə, İcra hakimiyyəti 3 tenderə 1 milyon 268 min 545 manat xərcləyib. İmişli Rayonun İcra Hakimiyyətinin keçirdiyi hər 3 tenderin qalibi "Orion-E" MMC olmuşdur. İmişli Suvarma Sistemləri İdarəsi ümumi məbləği 532 min 912 manat olan 2 tender müsabiqəsi keçirib. Ən böyük tenderin qalibləri Əkbərov Rahib Ağamusa oğlu(287 min 245 manat) və "Ruzi" MMC(245 min 667 manat) olmuşdur. dia-az.life 2020-cu ildə İmişli Rayonunda keçirilən tenderləri təqdim edir. Qeyd edək ki, yeni icra başçısının da sevimli şirkətinə çevrilən ORİON-E MMC bir zamanlar hazırda həbsdə yatan Vilyam Hacıyevin də əsas tərəfdaşı olub. Və bu məsələ ilə bağlı yerli KİV-də ilginc informasiyalar da yayılıb. Həmin məlumatlara görə, İmişlidəki ORİON-E MMC-nin- Asfalt Zavodunun direktoru Şükür Aslanov həbs olunun İmişli rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Vilyam Hacıyevin bir sıra korrupsiya layihələrində iştirakçı olub. Qeyd edək ki,“ORİON”-E MMC 2003-cü ilin sonlarından fəaliyyətə başlayıb. ORİON”-E MMC -nin fəaliyyətinin əsasını qum-çınqıl istehsalı, yolların və binaların tikintisi təşkil edir. Bolgexeber.com bu barədə yazırdı ki, böyük varidat əldə etməyə nail olan Şükür Aslanov əvvəllər “”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi olub.İmişli Asfalt Zavodunun direktoru, rayonda böyük biznes şəbəkəsinin olması ilə tanınır. Medianın gündəmindən düşməyən bu şəxs bir müddət öncə “”Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi olan vaxt İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin paytaxtda keçirilən dəbdəbəli toyuna yazdırdığı 5000 min manat nəmərlə gündəmi zəbt etmişdi.Deyilənə görə İcra hakimiyyətinin başçısı ilə münasibətlərindən ekstaza gələn idarə rəisi əlavə olaraq, yazdıqdığı məbləğin bir neçə qat miqdarında da həmin toyda pul xərcləyib. Bildirilir ki,İmişlidə həyata keçirilən tiktinti,yol çəkilişləri,abadlıq işləri ,çoxsaylı dövlət layihələri çoxu Vilyam Hacıyev tərəfindən qanunsuz olaraq məhz onun şirkətinə tapşırılıb ,yönləndirilib və onun adı bir çox büdcə yeyintilərində ,”otkat” əməliyytlarında Vilyam Hacıyevlə birgə çəkilir.Onun Vilyam Hacıyevlə yaxın münasibətdə olması bildirlir. Bunlardan başqa əldə edilən məlumata görə, Şükür Aslanov Bəhrəmtəpə yolunda dəyəri 500 000 olan iki mərtəbəli “Qonaq Evi” tikdirib. Geri qayıt |