Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İnam Kərimov HARA BAXIR?
İnam Kərimov HARA BAXIR?13-01-2021, 12:30 |
Sabirabad rayon sakini Akif Bədirov bildirir ki, 2019 – cu ildə ailəsinə düşən pay torpaqda (3 ha) pambıq əkib. Suvarma zamanı böyük çətinliklərlə üzləşsə də, 3 ha-dan 9 tona yaxın məhsul toplayıb, təhvil verib. DİA.AZ xəbər verir ki, o, təkrar müqavilə bağlamaq üçün qeydiyyatda olduğu Sabirabad rayon, Axtaçı kəndində MTK şirkətinə müraciət edib, ancaq imtina cavabı alıb: “7,5 ha pambığa müqavilə bağlamaq üçün zavodun direktoru Ramin Əsədova müarciət etdim, ancaq rədd cavabı verdi. Onun sözlərindən belə çıxdı iki, “Biz hər adamla müqavilə bağlamırıq”. Eşitdiyimə görə isə MTK Sabirabad filialı ilə müqavilə bağlamaq üçün ya gərək “kimsə” tapşıra, ya da müəyyən “görüm-baxım” edəsən.” Akif Bədirov deyir ki, prezidentin xüsusi önəm verdiyi, strateji məhsul hesab etdiyi pambığı yetişdirməkdən ötrü fermerləri məqsədyönlü incidirlər. “Ötən il pambığı tam yığa bilməyən, hələ də MTK-ya borclu qalan fermerlərlə müqavilə imzalanır, ancaq mənimlə yox. Halbunki, mən artıqlaması ilə məhsul təhvil vermişəm. Xahiş edirəm aidiyyatı qurumlar bu arzuolunmaz vəziyyətlə bağlı ciddi tədbir görsünlər”, deyə şikayətçi bildirib. Geri qayıt |