Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetindən ŞİKAYƏT
Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetindən ŞİKAYƏT14-01-2021, 12:46 |
Azərbaycan Respubliksının Prezıdenti Möhtərəm İlham Əliyev Cənablarına Surəti Azərbaycan Respubliksının Birinci Vitese-Prezıdenti Hörmətli Mehriban Xanım Əliyevaya Surəti Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə Surəti Azərbaycan Respubliksının Baş Naziri Cənab Əli Əsədova Surəti Azərbaycan Respubliksının Baş Prokuroru Cənab Kamran Əliyevə Surəti Azərbaycan Respubliksının İnsan Hüquqları üzrə müvəkkili Ombudsman hörmətli Səbinə Əliyevaya Surəti Azərbaycan Respubliksının Təhsil Naziri Cənab Emin Ərullayevə Surəti Azərbaycan Respubliksının İctimai Nəzarət Koalisiyasına KOLLEKTİV ŞİKAYƏT Nəzərinizə çatdırırq ki, Azərbayacan Memarlıq və İnşşat Mühəndisləri Universitetində özbaşınalıq ayaq açıb yeriyir. Universitetdə start verilən payız-qış imtahan sessiyasında sözün həqiqi mənasında tələbələrə divan tutulur. Kompyüteri olmayan tələbələrdən android tipli telefonlarla imtahanlara qoşulmaq qadağan edilir. Tələbə mütləq qaydada ya kompyütürlə ya da İPHONE tipli telefonla imtahana online qoşulmalıdır. İmtahan yazılı qayada aparlır. Tələbələri məcbur edirlər ki, ona düşən sualı kamera qarşısında yazsın. Bütün bunlar tələbələri sıxışdıraraq rüşvət almaq üçün edilir. 1-cisi, tələbənin Android tipli telefonu varsa nə üçün İPHONE almğa məcbur edilir ? Tələbə hansı pulla İPHONE ala bilər ? 2-cisi, online qaydada bərbad halda tədris edilən material imtahanda yazılı qayada tələbədən niyə tələb olunur ? Məgər müəllimlər bizə dərs keçəndə özləri kamera qarşısında yazı yazırdılar ? Bərbad təhsilin qarşılığında bizdən ideal nəticə istəyirlər. 3-cüsü, bütün bunlar obyektivlik, şəffaflıq, dürüstlük üçün edilirsə nə üçün Azərbaycan Dövlət İqtisad Universitetində olduğu kimi imtahanlar test üsulu ilə aparılmır ? 4-cüsü 65 yaşı keçən əli ayağı əsən qoca pensiyaner müəllimlər niyə pensiyaya göndərilmir ? Nə üçün cavanların yolun kəsən, tələbəkləri şikəst edən nu müəllimlər gənc kadrlarla əvəz olunmur ? 44 günlük Vətən Müharibəsində şərəfli tarix yazan Müzəffər Ali Baş Komandanımızın gənclərə olan diqqət-qayğısı göz qabağındadır. Biz Prezidentimizə güvənib onunla fəxr edirik. Cənab Prezidentimiz bütün çıxışlarında özbaşınalıqlara, korrupsiya və rüşvətxorluğa qarşı amansız olduğunu dilə gətirib, məmurlara xəbərdar edir. Lakin əfsuslar olsun ki, Azərbayacan Memarlıq və İnşşat Mühəndisləri Universitetində Cənab Prezidentimizin xəbərdarlıqlarını “görməzdən” gəlirlər. Xahiş edirik özbaşınalıqlara, rüşvət və korrupsiyaya, tələbə-gənclərə edilən zülm və özbaşınalıqlara son qoyulması üçün və şəffaflığın təmin edilməsi üçün İqtisad Universitetində olduğu kimi bütün ali məktəblərdə imtahanların test üsulu ilə aparılması üçün tədbir görəsiniz. Öncədən Sizə minnətdarıq. Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin tələbələri adından Musayev İsa Xalqxeber.az Geri qayıt |