Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > 13 saylı çəzaçəkmə müəssisəsində NƏ BAŞ VERİR?
13 saylı çəzaçəkmə müəssisəsində NƏ BAŞ VERİR?9-02-2021, 12:10 |
Redaksiyamıza hazırda 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülən məhbus, 3-cü qrup əlil Vüsal Şəmil oğlu Qurbanovun valideyinləri , Gəncə şəhəri, Bəxtiyar Əliyev 55 ünvanında yaşayan Qurbanov Şəmil Rəhim oğlu və Qurbanova Elmira Məclun qızı müraciət edib. Ata-anası gözdən əlil olan məhbus, onkoloji xəstəlikdən əziyyət çəkən Qurbanov Vüsal Şəmil oğluna 13 saylı çəzaçəkmə müəssisəsində ağlasığmaz işgəncələr verilib. Onu 2 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər. Səbəb isə çox dəhşətlidir. Ayağlarında şiş olan, nevroloji xəstə Vüsal Qurbanov 2021-ci il yanvarın 8-də valideyinlərinə zəng edərək bildirib ki, səhhətində yaranan problem və şiddətli ağrılarla bağlı Əkrəm həkimə müraciət edib ki, ona iynə vursun. Həkim isə “iynəmiz yoxdur” deyib və müəssisə rəhbərliyinə Vüsal Qurbanovun “karsa” salınması üçün müraciət edib. Məhbusun valideyinləri yazır: “13 saylı çəzaçəkmə müəssisəsinin rəisi Çingiz, müavini Elnur, əməliyyat rəisi Şəhriyar, rejim rəisi Şahinlə birlikdə bizim oğlumuza 15 sutka “kars” cəzası veriblər. Daha sonra bu quldur dəstəsi bizim oğlumuzu bu soyuq havada çılpaq soyundurub, pəncərəsi qırıq otaqda, əl və ayağı bağlı vəziyyətdə dəmir boruya bağlayıb, üstünə soyuq su töküblər. Bizim oğlumuz onsuz da xəstə idi, indi yarımcan ediblər. Rəisin müavini Elnur deyib ki, mənim dayım generaldı, mənə heç kim heç nə edə bilməz. Mənim oğluma qaşığın arxa hissəsini zorla uddurublar ki, ölsün. Mənə cavab verin, hansı qanun məhkumu döyüb öldürməyə icazə verir, dövlətimizdə belə bir qanun var? 2021-ci il 11 yanvar saat 13:30 radələrində biz 13 saylı cəzaçəkmə müəssisəsində, Elnurun qəbulunda olduq. Nə qədər yalvarsam da, ağlasam da, (özümdən getdim) Elnur vecinə almadı. Elnura dedik ki etdiklərinə görə cəzasını verəcəyik. O, isə dedi ki, mən heç kimdən qorxmuram, arxamda duranlar var”. Vüsal Qurbanovun valideyinləri yanvar ayında 13 saylı cəzaçəkmə müəssisəsində vəfat edən məhbus Rübail Əliyevin ölüm səbəbinə də aydınlıq gətiriblər. Ailə iddia edir ki, Rübail Əliyev “karsa” salınıb və işgəncə ilə qətlə yetirilib: “Biz Elnurun qəbulunda olanda bizə dedi ki, sizə Rübail zəng edib, Vüsal yox. Nə qədər and-aman etdim ki bizə Rübail zəng etməyib, Vüsal zəng edib. Amma mənə inanmadılar. Biz ordan ayrılandan sonra Rübaili salıblar “karsa” və onu döyə-döyə öldürüblər. Rübailin də, oğlumuzun da qatili bu adamlardı: 13 saylı cəzaçəkmə müəssisəinin rəisi Çingiz, müavini Elnur, əməliyyat rəisi Şəhriyar, rejim rəisi Şahin. Bu insanlar etdikləri əməlləri ilə qaniçən ermənidən fərqlənmir. Prezidentimizdən xahiş edirik ki, bu adamların qanun qarşısında cavab verməsi üçün tədbir görsün. Rübail neçənci məhbusdur ki, bu müəssisədə öldürüblər. Bu hadisəni 2020-ci ilin avqust ayının axırlarında edəcəkdilər. Mənim oğlumdan pul aldıqlarına görə etmədilər. Məni rəis qəbul etdi və dedi ki, Elnur pul almışdı, demişəm qaytarsın. Elnur da pulun yarısını qaytarmadı”. Qeyd edək ki, 2017-ci il 25 yanvar tarixində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən V.Qurbanov CM-nın 177.2.2, 181.2.1, 181.2.3, 181.2.5 maddələri ilə (oğurluq və talama) ittiham edilib. Onkoloji xəstəlikdən əziyyət çəkən Vüsal Qurbanovun ailəsi iddia edir ki, onun həyatda qalması üçün təcili əməliyyata ehtiyacı olsa da hələ də həkim müayinəsindən keçirilməyib. Vüsal Qurbanova uddurulan qaşıq isə onun mədəsində qaldığından vəziyyəti getdikcə ağırlaşır. P.S Yazıda adiçəkilən qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq //Vetenugrunda.az// Geri qayıt |