Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Əksinə, mənə qarşı hücumlar başlandı..."
"Əksinə, mənə qarşı hücumlar başlandı..."26-02-2021, 12:30 |
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Surətləri: 1. İran İslam Respublikasının Prezidentinə 2. Pakistan İslam Respublikasının Prezidentinə 3. “DİA.az” saytının rəhbəri Məhəmməd Ərsoya 4. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə SSRİ, Azərbaycan və Yeni Nəsil Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, sabiq dövlət qulluqçusu, Yeni Azərbaycan Partiyasının üzvü, politoloq, “Həqiqət carçısı” qəzetinin redaktoru İlham İbadlıdan Müraciət! Və yaxud “Lerikdə göyə sovrulan milyonlar” 2019-cu ilin söhbətidir. Lerik rayonundakı Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisində yol vermiş ciddi nöqsanlarla əlaqədar Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun qəbulunda oldum. Ona ölkə Prezidentinin sərəncamı ilə ayrılmış milyonların həmin yolda göyə sovrulması haqqında ətraflı məlumat verdim. Ölkə Prezidenti həmin 36 km-lik yolun tikintisi üçün üst-üstə 15 milyondan artıq pul ayırmışdır. Lakin yolun real vəziyyəti göz qabağında idi. Aşıq-aşkar sezilirdi ki, bu qədər vəsait yola xərclənməyib. İnsafla desək, Hesablama Palatasının sədri məni səbr və təmkinlə dinləyirdi. O, məndən soruşdu ki, qeyd etdiklərin faktla bağlı əlində dəlil varmı? Cavabında ona çatdırdım ki, yolun hazırki durumu ilə bağlı video-kasset hazırdır. Mən video-kassetin surətini çıxardıb sədrə təqdim etdim. Sədr öz işçiləri vasitəsilə 36 km-lik yolun tikintisi ilə bağlı vəziyyəti araşdırdı. Qeyd etdiklərim tamamilə təsdiqləndi. Sonradan mənə, Lerik İcra Hakimiyyətininə və “Azəravtoyol” ASC -yə məktublar göndərildi. Bir qədər vaxt keçdikdən sonra yolun tikintisi ilə bağlı heç bir dönüş olmadı. Bir məsələni də vurğulamaq istəyirəm ki, sözügedən yolun tikintisi ilə bağlı ölkə Prezidenti Lerik rayon İcra Hakimiyyətinə 9 (doqquz), “Azəravtoyol” ASC-yə 6,6 (altı tam onda altı) milyon manat vəsait ayırmışdı. Elə ilk baxışdan dövlət büdcəsinin bu qədər vəsaitinin göyə sovrulması göz önündə idi. Lerik rayon İcra Hakimiyyəti aparatından 30 may 2019-cu il tarixində mənə müavin Habil Məlikovun imzası ilə bir məktub gəldi. Həmin məktubda qeyd olunurdu ki, 2019-cu ildə yolun tam bərpası nəzərdə tutulmuşdur. Lakin bu məktubdan da bir yenilik hasil olmadı. Əksinə, mənə qarşı hücumlar başlandı. Vəziyyəti nəzərə alaraq təkrar 2019-cu ilin sentyabr ayının 25-də Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazovun qəbulunda oldum. Rayonda yol verilmiş ədalətsizliklərlə əlaqədar və baş vermiş cinayətlər haqqında cənab nazirə bildiyim faktları dedim. Nəticəsi nə oldu? 2008-ci ildən yaşadığım evə Lerik rayon İcra Hakimiyyəti başçısının “xidmətçi” olan bir qadın salındı. Özü də Lerik rayon Polis şöbəsinin əməkdaşlarının əli ilə. Polis Şöbəsinin sahə rəisi işləyən bir şəxsin, Həşimxan adlı birisinin, orada olması lap təəccüb doğurur. Budurumu göyə sovrulan milyonların qarşısını almağın cəhdi? Hesab edirəm ki, heç olmazsa, cənab Ərdoğan bu məslədə mənə kömək göstərəcəkdir. İlham İbadlı, Lerik rayonu. Azərbaycan Jurnalistlər Birliyinin üzvü. “Həqiqqət carçısı” qəzetinin redaktoru. 25.02.2021. Əlaqə telefonu: (050) 673-45-45 Geri qayıt |