Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ziya Məmmədovun zülmündən DAD DEYƏNLƏR...

Ziya Məmmədovun zülmündən DAD DEYƏNLƏR...


1-03-2021, 08:31
Ziya Məmmədovun zülmündən DAD DEYƏNLƏR...
DİA.AZ: - Ucar şəhəri Oğuz küçəsi ev 41 sakini Əliyev Tehran İslaməli oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun bizim ailəyə etdiyi qanunsuzluğa görə bu gündən ölüm aclığı aksiyasına başlayıram.
Belə ki, Ziya Məmmədovun göstərişi ilə bizim ailənin yeganə çörək yeri olan obyektimiz qanunsuz olaraq dağıdılıb yerində şahmat məktəbi inşa edilib.Hansı ki, həmin obyektin atam Əliyev İslaməli Xeyrulla oğluna məxsus olmasına dair qanunu sənədlərimiz var. Atam həmin 460 kv-m torpaq sahəsini 30 iyun 2005-ci il tarixdə qanunu qaydada Ucar Bələdiyyəsindən almışdır.Həmin torpaq sahəsinin üzərində avtomobillərin yuyucu sexini inşa edib işlədib ailəmizi dolandırıdıq. Atam 18.09.2007-cu il tarixdə vəfat etdi.Məni isə 2010-cu il tarixdə erməni vətəndaşı Rusiyada şərləyib həbs etdirdi. Azərbaycan Respublikasına ekstradasiya olunub 2020-ci il tarixdə həbsdən azad edildim.
Bundan sonra sənədlərimi götürüb Ucar rayon İcra Hakimiyyətinə gedib atama məxsus torpaq sahəsinin üzərində nə üçün şahmat məktəbi tikildiyini soruşduqda icra başçısı mənə dedi ki, bu 2010-cu il tarixdə Ziya Məmmədovun göstərişi ilə edilib.İndi atama məxsus 460 kv-m torpaq sahəmizi başqa yerdən bizə vermək istəmirlər.
Qeyd edim ki, Ziya Məmmədov vəzifədə olduğu dönəmdə ucarlılara qənim kəsilib.Şahmat məktəbi inşa edilməsi yaxşı işdir.Ziya Məmmədov şahmat məktəbini nə üçün mənim atama məxsus obyekti sökdürüb yerində inşa etdiridi ki, özünə məxsus rayonun mərkəzində olan obyektlərin yerində inşa etdirsəydi daha yaxşı olardı.Çünki bizə məxsus olan torpaq sahəsi rayon mərkəzindən kənardadır, ancaq Ziya Məmmədovun özü üçün qanunsuz inşa etdirdiyi obyektlər rayonun mərkəzində yerləşir.Bunlar Ucar şəhəri N.Nərimanov küçəsində sahəsi 3000 kv-m olan Siti klub, sahəsi 6000 kv-m olan market, Azərbaycan küçəsi ərazisində yerləşən uzunluğu bir klomet 80 obyekti birləşdirən ticarət mərkəzi. Hansı ki, həmin yerdə böyük park var idi beş mindən çox ağacları kütləvi kəsdirib yerində ticarət mərkəzin inşa etdirib.Hazırda həmin ticarət mərkəsini icarəyə verib. Azərbaycan küçəsi ərazisində yerləşən sahəsi 5000 kv-m olan «555» adlı mebel maqazini, H.Əliyev küçəsində sahəsi 1 hektar ərazini əhatə edən böyük yeşik sexi.Adlarını qeyd etdiym Ziya Məmmədova məxsus bu obyektlər təkcə Ucar şəhəri ərazisində yerləşənlərdir.Ucar rayonunun kəndlərində, Bakı-Qazax magistral yolunun kənarında bundan on dəfə çox sayda, böyük obyektlər, fermalar və minlərlə hektarlar əkin sahələri var.
Kapital toplamaqdan haram işlər görməkdən gözü doymayan korrupsioner Ziya Məmmədov və onun qohumları ucarlılara ancaq pisliklər ediblər.Bunun nəticəsində mənim kimi kasıb ucarlılar hələdə əziyyət çəkirlər.
Mən Rusiyada erməni millətinin şəri ilə həbs edilib 13 il azadlıqdan məhrum etmə cazasına məhkum edilmişəm. Azərbaycana ekstradasiya olunub 2020-ci ilin dekabr ayı tarixdə azadlıqa buraxılmışam.Ali təhsilliyəm himayəmdə 3 azyaşlı uşağım var.Hazırda işsiz və imkansızam.Ziya Məmmədov bizə məxsus obyekti qanunsuz sökdürüb yerində şahmat məktəbi inşa etdirməklə bir ailənin çörəyinə bais olub.
Qeyd etdiyim kimi Ziya Məmmədov və onun qohumları minlərlə ucarlının çörəyinə bais olublar. Mənim tələbim ancaq bizə başqa yerdən 460 kv-m torpaq sahəsi verilsin və avtomobil yuyucu seximiz bərpa olunsun. Bunu Ziya Məmmədov etməlidir çünki onun sifarişi ilə obyektimiz qanunsuz olaraq dağıdılıb yerində şahmat məktəbi inşa edilib.Buna görə Ziya Məmmədov və həmin vaxt bu işi icra edən onun qohumu sabiq icra başçısı Yaşar Məmmədov cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Ziya Məmmədovun bizim ailəyə məxsus 460 kv-m torpaq sahəsini əhatə edən obyekti qanunsuz dağıdıb yerində şahmat məktəbini inşa etdirməsinə etiraz olaraq 01 mart 2021-ci il tarixdən ölüm aclığı aksiyasına başlamışam.
Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən xahiş edirəm vəzifə səlahiyyətilərindən sui-istifadə edib bizim ailəyə məxsus obyekti sökdürüb yerində şahmat məktəbi inşa etdirmiş sabiq nazir Ziya Məmmədovun barəsində ciddi tədbirlər görüb onu cinayət məsuliyyətinə cəlb edəsiniz və bizim ailəyə başqa ərazidən həmin ölçüdə torpaq sahəsi verilməsinə köməklik göstərəsiniz. Ombudsman Səbinə xanım Əliyevadan isə xahiş edirəm bu gündən başladığım ölüm aclığı aksiyamı nzarətə götürüb hüquqlarımın müdafiə edilməsinə yaxından köməklik göstərəsiniz.Aclıq aksiyası nəticəsində ölərəmsə məsuliyyəti bir başa Ziya Məmmədovun üzərinə düşəcək".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dia-az.life olaraq dinləmıyə hazırıq...

Ziya Məmmədovun zülmündən DAD DEYƏNLƏR...
Ziya Məmmədovun zülmündən DAD DEYƏNLƏR...
Ziya Məmmədovun zülmündən DAD DEYƏNLƏR...
Ziya Məmmədovun zülmündən DAD DEYƏNLƏR...
Ziya Məmmədovun zülmündən DAD DEYƏNLƏR...
Ziya Məmmədovun zülmündən DAD DEYƏNLƏR...
Ziya Məmmədovun zülmündən DAD DEYƏNLƏR...
Ziya Məmmədovun zülmündən DAD DEYƏNLƏR...
Ziya Məmmədovun zülmündən DAD DEYƏNLƏR...
Ziya Məmmədovun zülmündən DAD DEYƏNLƏR...
Ziya Məmmədovun zülmündən DAD DEYƏNLƏR...
Ziya Məmmədovun zülmündən DAD DEYƏNLƏR...
Ziya Məmmədovun zülmündən DAD DEYƏNLƏR...


Geri qayıt